Ərdoğandan kritik Qarabağ açıqlaması: “Bizə zəng edənlərin hamısı…”

0
7

“Azərbaycanlı qardaşlarımıza hər cür dəstək verəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri münaqişənin həll prosesini gecikdirdiyi üçün ATƏT-in Minsk Qrupunu sərt şəkildə tənqid edib:

“Azərbaycanı hədəf almaq peşəkarlıq ola bilməz. Azərbaycandakı qardaşlarımız torpaqlarını işğaldan azad etməyə çalışarkən, ana müxalifətin (Türkiyə) bu haqda ciddi danışdığını eşitmisinizmi? Azərbaycan indi dialoq tələbinə mənfi cavab verir. Torpağımda 100 minə yaxın erməni əsilli insan var. Onlara qarşı mənfi münasibət göstərmədik. Azərbaycanlı qardaşlarımızın torpaqlarını işğal etdilər və qardaşlarımı qovdular. İndi hansı mübarizə aparılır? Biz torpağımızı istəyirik. Minsk üçlüyü hələ də yayındırma taktikası ilə bunun üzərindən keçməklə məşğuldur. İşğal olunmuş torpaqları, geri qaytarın. Öz torpaqlarında nə edirlər-etsinlər. Diqqəti yayındırmaq yox, bu işğal olunmuş torpaqları sahiblərinə vermək lazımdır. Bir dialoq 30 il davam edə bilərmi?

Bizə zəng edənlər “Sən Suriyadan mücahidləri ora göndərdin” deyirlər. Belə bir şey yoxdur. Azərbaycanlı qardaşlarımıza hər cür dəstək verəcəyik. Niyə Minsk üçlüyünün içindən verilən dəstəkdən danışmırsınız? Rusiyadan, Fransadan gələn silahlardan niyə danışmırsınız? Onlar öz torpaqlarında işi var, başqa yerə getmirlər.

Xocalı qətliamı da bunlardan biridir. Millətin dəyərləri üzərində müharibə aparmaq peşəkar bir təşkilatın vəzifəsi ola bilməz”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin