Erməni müxalifəti niyə Nikol Paşinyanla görüşü tərk etdi? –

0
12

Çox yaxın zamanda Ermənistanda məğlubiyyətin günahkarının axtarışına çıxacaqlar. Ona görə də müxalifət qüvvələri Baş nazir Nikol Paşinyanla görüşü yarımçıq tərk ediblər. Hesab edirəm ki, bir azdan Ermənistanda siyasi ittihamlar bir-birini əvəzləyəcək. Erməni siyasəti məğlubiyyəti qəbul edəcək və buna görə, günahkarın cəzalandırılmasını istəyəcək.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov ötən gün İrəvanda müxalifət qüvvələrinin Baş nazir Nikol Paşinyanla keçirilən görüşü yarımçıq tərk etməsi haqda danışarkən deyib.

Rasim Musabəyov hesab edir ki, indi Ermənistanda ictimai-siyasi ab-hava gərgindir. Onun sözlərinə görə, ölkədə panika müşahidə olunur:

“Onlar başlarını itiriblər. Digər tərəfdən bütün ehtiyatlarını, insanlarını döyüş meydanında qoyub qaçırlar. Eyni zamanda anlayırlar ki, məğlubiyyət qaçılmazdır və bu prosesin uzun çəkməsi ehtimalı da yoxdur. Onların ümidi ona idi ki, dünya ayağa qalxacaq. Rusiya və Fransa Azərbaycana ultimatium verəcək. Ermənistan hökuməti də deyəcək ki, gördünüzmü, Azərbaycan heç nə bacarmadı. Amma söz deməklə deyil. Prosesə yeganə müdaxilə etmək iqtidarında olan Rusiyanın Paşinyana ürəyi yanmır. Putin ona dəstək vermək fikrində deyil. Bilir ki, o, riyakardır. Odur ki, Azərbaycan düşməni metodik şəkildə darmadağın edir və etməkdə davam edəcək”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin