İsrailli politoloq: “Gəncə şəhərinin raketlə vurulması terror aktıdır”

0
19

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinin və onun dinc əhalisinin raket atəşinə tutulması Cenevrə Konvensiyasının hərbi əməliyyatlar zamanı mülki şəxslərin həyatını təhlükəyə atan hər hansı bir hücum və ya fəaliyyətini qadağan edən müddəalarının pozuntusundan başqa bir şey deyil”.

Bu sözləri israilli ekspert Mixail Finkel Vzglyad.az-a Gəncədə yaşayış binasına raket zərbəsi endirilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, konvensiyanın qəbul edildiyi və imzalandığı 1949-cu ildən bəri dünyanın bütün sivil ölkələri mülki şəxslərin həyatını təhlükəyə atmamaq öhdəliyini götürüblər.

“İnsanların gecə saatlarında evlərində dinc şəkildə yatdığı bir vaxtda onlara qəsdən və məqsədyönlü zərbələrin endirilməsi terrorizmin bir növüdür və beynəlxalq humanitar hüquq baxımından belə bir əmr verən, bu əmri icra edən hər kəs terrorçudur.

Bu hərəkət dünyanın bütün mədəni ölkələri tərəfindən qınanmalı və şübhəsiz ki, bu zərbənin arxasında dayananların hamısının məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi hüquqi instansiyalarda müraciət edilməlidir”, – deyə M.Finkel qeyd edib.

Azərbaycan Ordusu beynəlxalq hüququn bütün qanunlarına riayət edir və istər Dağlıq Qarabağda olsun, istərsə də Ermənistan ərazilərində mülki obyektləri məqsədli və qəsdən hədəfə almağa yönəlik hərəkətlər etməyi özünə rəva bilmir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin