Ermənistan niyə Gəncəni hədəf aldı? – Türk ekspertdən şok iddia

0
11

Türkiyənin terrorizm və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması pozulduqdan sonra baş verənlərlə bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Ağar Ermənistan rəhbərliyinin Azərbaycana qarşı yeni hiyləyə əl atmağa çalışdığını bildirib.

“Ermənistan yeni hiylə axtarır, atəşkəs məsələsinin arxasında Rusiya dayanır. Ermənistan bu təxribatlarla Rusiyanın iradəsini pozur”, – ekspert vurğulayıb.

Ekspert Ermənistanın Azərbaycanın Gəncə şəhərini təsadüfən hədəf almadığını söyləyib:

“Ermənistan Rusiyadan öz maraqları üçün istifadə etməyə meyllidir. Azərbaycan bütün təxribatlara və mülki vətəndaşlarının vurulmasına baxmayaraq, Ermənistanı vurmadı. Ermənistan Azərbaycanı təxribata çəkməyə çalışır, bu yöndə də hər vasitəyə əl atır. Bəs Rusiya bu oyuna gələcəkmi? Yoxsa bu oyunun içindədir?..”

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin