Hikmət Hacıyev: Ermənistan Gəncəyə “TOÇKA-U” raketi atıb

0
15

Biz beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq ki, bu insanlığa qarşı olan bir cinayətdir.

Teleqraf.com-un məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə olarkən bildirib.

Onun sözlərin görə, ermənilər Gəncəyə qarşı “TOÇKA-U” raketindən istifadə edib.

“Gördüyünüz kimi Ermənistan tərəfi müəyyən yalvarışlar edərək, humanitar atışkəsə çağırışlar edirdi və bu da belə də olmuşdur. Ancaq atəşkəs rejimi olduqdan sonra Ermənistan hərbiçiləri tərəfindən çox təhlükəli bir silah, “TOÇKA-U” raket sistemindən istifadə edərək, Gəncədə insaların sıx yaşadığı ərazini atəşə tutub”.

Hikmət Hacıyev əlavə edib ki, Ermənistanıən bu hərəkəti məhz Rusiyada razılığa gələn atəşkəs rejimindən sonra olduğuna görə, Beynəlxalq ictimaiyyətə və o cümlədən Rusiya Federasiyasına olan böyük hörmətsizliyi kimi qiymətləndirilməlidir.


Müəllif: Teleqraf.com
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code