Koronavirusun qeyri-adi SİMPTOMLARI ÜZƏ ÇIXDI

0
17

Koronavirusun qeyri-adi SİMPTOMLARI ÜZƏ ÇIXDI

Koronavirus infeksiyasına məruz qalan xəstələr xəstəxanadan çıxdıqdan və ya sağaldıqdan bir neçə ay sonra yeni simptomlardan şikayətlənib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Medical Xpress” məlumat yayıb.

Qeyri-adi simptomlar arasına ayaqlarda qaşıntı, dərinin qabıq verməsi, saç tökülməsi və yaddaş zəifliyi daxildir. Bu cür COVID-19 simptomlarının siyahısı ABŞ səlahiyyətliləri tərəfindən tərtib edilib. Həkimlər bildirib ki, bu cür təzahürlər xəstənin tamamilə sağalmadığını göstərir.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fausi atipik simptomların koronavirusla heç bir əlaqəsi olmadığını açıqlayıb. Eyni zamanda, dermatoloqlar COVID-19-a yoluxanların ayaq barmaqlarında qızartı və şişkinliyin olduğunu təsdiq edib. Alimlər oxşar fenomen haqqında şikayətlərin gəldiyi xəstələrdən məlumat toplayırlar.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin