“Ermənistanı yeni işğala bu dövlətlər ruhlandırır” – Ərdoğandan kritik açıqlama

0
13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə ingilis dilində yayımlanan “The Peninsula” qəzetinə müsahibə verib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı son duruma da diqqət çəkib.

Prezident Ərdoğan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək üçün apardığı mübarizə barədə suala belə cavab verib:

“Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini, xüsusən də qırğın törətdiyi Qarabağı 30 ilə yaxındır işğalda saxlayır. Beynəlxalq ictimaiyyətin illərdir bu qırğınlara və istilalara susmağından ruhlanan Ermənistan mülki şəxslərə qarşı yeni hücumlarla təcavüzkar addımlarını davam etdirir. Bundan sonra Azərbaycan işğal olunmuş ərazilərini qurtarmaq üçün hərəkətə keçdi və indi Ermənistanın banditizmlə əlində saxladığı bölgələri geri alır.

Bundan sonra Türkiyə “bir millət, iki dövlət” prinsipi ilə haqq yolunda Azərbaycan xalqının yanındadır. Azərbaycanlı qardaşlarımızı bütün imkanlarımızla dəstəkləməyə davam edəcəyik”.

Ərdoğan beynəlxalq təşkilatların bu işğalı görməzdən gəldiyini söyləyib:

“Bu regional problemi həll etmək üçün sözdə təşəbbüs göstərən dövlətlər və beynəlxalq strukturlar, təəssüf ki, məsələni bu günə qədər çıxılmaz vəziyyətə saldılar. Bu dövlət və qurumların münasibəti Ermənistanın yeni işğal fəaliyyətləri ilə məşğul olmasına səbəb oldu. Qarabağ məsələsi son 30 ildə Qafqazın ən vacib problemi olub. İllərdir nəticəsiz qalan və Ermənistanın artan hücumları ilə dözülməz hala gələn bu problemi həll etmək üçün Azərbaycanın qərar qəbul etməsi həm tarixin, həm qanunun, həm də coğrafiya faktlarının zərurətidir. Bu problemi qalıcı şəkildə həll etmək üçün BMT qətnamələrinin və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi lazımdır.

Hər fürsətdə türk millətinə qarşı aqressiv və düşmən olmaqdan çəkinməyən Ermənistan bölgədəki sülh, sabitlik və barışığa ən böyük maneədir. Ermənistanın özünün törətdiyi son təxribatlardan sonra Türkiyənin də bu qarşıdurmanın içində olduğunu iddia etməsi, necə bir çarəsiz vəziyyətdə olduğunu isbat edir. Ermənistanın bu münasibəti onun bölgədə genişmiqyaslı münaqişə zonası yaratmaq istədiyinin göstəricisidir. Baş verən son proses kimin həqiqətən sülhü dəstəklədiyini ortaya qoydu. Bu gerçəyi görərək, beynəlxalq ictimaiyyəti illərdir tətbiq etdiyi ikili standartlardan imtina etməyə və Ermənistanın Azərbaycan ərazisindəki işğalına son qoymaq üçün addımlar atmağa çağırdığımı təkrar edirəm”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin