Müharibəyə müxalifətçilərin mövqey – Milli Şura, Müsavat, hətta Xədicə İsmayıl…

0
8

Hakimiyyətə qarşı ən kəskin müxalifət mövqeyində olan şəxslər belə hazırda bütün gücünü ordunun dəstəklənməsinə, düşmənin apardığı informasiya müharibəsinə cavab verilməsinə səfərbər edib

Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması üçün uğurlu hərbi əməliyyatlarını davam etdirir. Əməliyyatlar başlanan ilk saatlardan bütün ölkə boyu xalqın, ictimai-siyasi qüvvələrin Ordumuza, ölkə rəhbərliyinə tərəddüdsüz dəstəyi hökm sürməkdədir. Hətta hakimiyyətə qarşı ən kəskin müxalifət mövqeyində olan şəxslər belə hazırda bütün gücünü ordunun dəstəklənməsinə, düşmənin apardığı informasiya müharibəsinə cavab verilməsinə səfərbər edib.

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etmək hüququnun olduğunu vurğulayır: “Artıq bölgədə 26 ildir atəşkəs müddəti uzanır, bu müddətdə beynəlxalq birlik konfliktin həll edilməsi istiqamətində hər hansı bir real nəticəyə nail olubmu? Və bu real nəticəyə nail olmaq üçün gərəkən siyasi iradəni, təsiri ortaya qoyubmu?

İsa Qəmbər - YouTube

İsa Qəmbər

Halbuki Minsk Qrupunun həmsədri olan dövlətlərin hər biri özünün maraqlarına toxunduğunu hesab etdikləri istənilən məqamda sərt, hətta hərbi müdaxiləyə qədər addımlar ataraq problemləri həll etməyə çalışırlar. Ancaq bizim bölgədə, Azərbaycanın haqqının pozulmasına 26 ildə prinsipial mövqe bildirilməyib. İndi də işğalçıya da, təcavüzə məruz qalan Azərbaycana da eyni mesajları yönəldirlər. Halbuki heç olmasa indi gerçəkləri söyləməliydilər və konfliktin ədalətli, beynəlxalq normalara uyğun həlli istiqamətində mövqe ortaya qoymalıydılar. Amma həmin mövqe ortaya qoyulmayıbdır”.

İsa Qəmbər aparıcı dövlətlərin rəhbərlərinin müxtəlif çağışlarını gözlənilən sayıb. O hesab edir ki, indiki mərhələdə Azərbaycan dövləti bir dövlət olaraq üzərinə düşəni həyata keçirir, öz torpaqlarını işğaldan azad etməklə məşğuldur: “Bu proses davam etməlidir”.

Arif Hacılı yenidən başqan oldu — Yenilənib

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin