Ekstrasens Qalina Bağırova: Azərbaycan bayrağının Şuşa üzərində dalğalandığını görürəm – MÜSAHİBƏ

0
7

Qələbə Azərbaycanın olacaq, Ermənistanın baş naziri öz xalqını uçuruma aparacaq.

Bu sözləri tanınmış medium və ekstrasens, Rusiya telekanallarından birində yayımlanan “Ekstrasenslərin döyüşü“ şousunun (8-ci mövsüm) ən güclü iştirakçılarından biri Qalina Bağırova Oxu.Az-a məxsusi müsahibəsində söyləyib.

– Azərbaycan ən mürəkkəb tarixi anını yaşayır. Otuz il əvvəl Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad olunması uğrunda müharibə gedir. Deyə bilərsinizmi, Azərbaycanın taleyini necə görürsünüz və bu müqəddəs müharibə nə ilə nəticələnəcək?

– Mən Qarabağ üzərində Azərbaycanın bayrağının dalğalandığını görürəm. Qarabağ qartalın tərkibindədir – bu, Azərbaycanın xəritəsidir. İşğal edilmiş Dağlıq Qarabağ və ona bitişik rayonlar birmənalı şəkildə geri qaytarılacaq. Mən Şuşa üzərində və ikinci yüksəklikdə Azərbaycan bayrağının dalğalandığını görürəm.

– Hazırda Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhərlərini atəşə tutur, dinc əhalini öldürürlər. Deyə bilərsinizmi, bu, nə qədər davam edəcək?

– Şəhərlərin Ermənistan tərəfindən atəşə tutulmasına son veriləcək. Bu yolla Ermənistan Azərbaycan silahlı qüvvələrinin diqqətini Qarabağın strateji mərkəzlərindən və nöqtələrindən yayındırmaq istəyirdi. Amma əlindən heç nə gəlməyəcək. Ermənistan tərəfi Azərbaycanın şəhərlərini nə qədər çox atəşə tutsa, dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən bir o qədər qınanacaq. Azərbaycan isə yaxşı bilir ki, dünya birliyini özünə qarşı qaldırmamaq üçün səhvə yol verə bilməz və məhz bu mövqedən çıxış edəcək.

– Şuşa hər bir azərbaycanlının ümdə arzusudur. Hamı bir nəfər kimi onun azad edilməsi üçün dua edir.

– Azərbaycan silahlı qüvvələri Fizulini, Şuşanı və Ağdamı azad edəcəklər. Şiddətli döyüşlər gözlənilir. Əgər erməni qoşunları təslim olsa, onlara aman veriləcək. Dağlıq Qarabağın əhalisi Ermənistana qaçacaq. Mən boşalmış şəhərləri, Xankəndinin xarabalığa çevrildiyini görürəm. O, sanki zəlzələdən sonrakı Spitakı xatırladacaq. İnsanlar qaçırlar. Mən Ağdamın boşaldığını və dağıldığını, lakin məşhur məscidin minarələrinin salamat qaldığını görürəm.

– Bəs Nikol Paşinyanın taleyi necə olacaq?

– Paşinyan nüfuzunu və xalqının dəstəyini tamamilə itirəcək. Mən onun diz çökdüyünü, yanında ayaqlar altına atılmış Ermənistan bayrağını görürəm. Qəzəbindən ağlını itirmiş insanlar öz xalqını uçuruma apardığına görə Paşinyanı parçalamaq istəyəcəklər. O, baş nazir kürsüsündə təsadüfi adamdır və düzgün kurs götürməyib. Xalq Prezident İlham Əliyevi “Müzəffər İlham”, “Xilaskar İlham” adlandıracaq, Türkiyə həmişə Azərbaycanın yanında olacaq.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin