Ordumuz Qarabağda tarix yazır – oktyabr döyüşləri…

0
21

Zaman artıq Azərbaycana işləyir; rusiyalı tanınmış publisist: “Münaqişə yalnız hərbi yolla çözüləcək, Bakı qələbəyədək gedəcək”; Rusiya portalı: “Paşinyan Türkiyə və Rusiyanı üz-üzə qoymağa nail olmadı…”

Azərbaycan 10 gün öncə Dağlıq Qarabağ məsələsində Ermənistanın və havadarılarının gözləmədiyi şəkildə böyük bir qətiyyət ortaya qoydu. Konfliktin hərbi yolla həllinə qərar verdi və qısa zamanda işğal altındakı ərazilərimizin azad edilməsi yönündə vasitəçi dövlətləri belə təəccübləndirəcək mühüm uğurlara imza atdı. İmza atmağa davam edir.

Havadarlar deyərkən, söhbət sözsüz ki, ən əvvəl özünü bizə qərəzsiz vasitəçi kimi sırınmış Fransadan gedir. Maraqlıdır ki, 200 ildir Güney Qafqazda ermənilərin əsas himayəçisi olan Rusiya son olaylarla bağlı faktiki bitərəf, neytral qaldığı halda, Fransa, onun prezidenti Emmanuel Makron əməlli-başlı ayağa düşüb, hətta ermənidən çox ermənilik edir. Bununla da avtomatik şəkildə ATƏT-in Minsk Qrupunun obyektiv həmsədri olmaqdan özünü kənarda qoymuş olur. Çünki Azərbaycana belə qərəzli, açıq-aşkar təcavüzkara qahmar çıxıb tərəf tutan, işğal faktını görməzlikdən gələn vasitəçi gərək deyil. Vasitəçi dövlət və ya güc münaqişə tərəflərindən bərabər məsafədə durmağı bacaran dövlətdir.

Onsuz da bu qurum və onun həmsədrləri heç bir işə yaramırdı. Yarasaydı, 27 illik vasitəçilik müddətində onlar heç olmasa, bircə dəfə BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağa dair 4 məlum qətnaməsini dilə gətirərdilər. Hansı qətnamələri ki, enində-sonunda məhz Azərbaycan Ordusu yerinə yetirmək zorunda qalıb.

*****

Təbii ki, dünyada ideal beynəlxalq təşkilat yoxdur. Hərçənd faktlar var ki, BMT yeri gələndə öz qərarlarını qısa zamanda, hətta bir neçə saatda reallaşdırır. Amma Azərbaycana münasibətdə nə yazıq ki, bunu görmürük və bir qayda olaraq, “ikili standart” yanaşmasını müşahidə edirik. 

BMT ilə nə etməli...

Rusiyalı yazıçı, siyasi və ictimai xadim, İzbor klubunun sədri və həmtəsisçisi, “Zavtra” qəzetinin baş redaktoru  Aleksandr Proxanov Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamələri kağız üstündə qalan BMT-dən danışarkən deyib ki, dünyada hər şeyə qadir olan təşkilat yoxdur (Media.az).

“Biz indi xaosa doğru gedirik, ancaq BMT buraxılsa və bütün beynəlxalq müqavilələr ləğv edilsə, o zaman bu xaos daha sürətli olacaq. Mümkündür ki, BMT lazımsız bir təşkilat olsun, ancaq onu gözardı etmək də doğru deyil. Çözümü çətin olan problemlər var”, – deyə o bildirib.

Qarabağ probleminə gəlincə, o qeyd edib ki, şəxsən sülhün təmin olunması üçün onda hansısa resept yoxdur: “Xatırlayırsınızsa, mən Bakıya səfər etdim və Prezident İlham Əliyevlə görüşdüm. Bizim İzbor klubumuz konfliktin həlli istiqamətində vətəndaş prosesində iştirak etməyə çalışdı. Təəssüf ki, heç nə alınmadı. Mən Azərbaycandan və Ermənistandan olan ziyalıları İzbor Klubunun çətiri altında toplaya bilmədim. İndi artıq Azərbaycanda Vətən müharibəsi adlandırılan müharibə davam edir. Danışıqlar nəticə vermədi. Üstəlik, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra danışıqlar prosesi dayandı. Onda dünya baş verənlərə necə münasibət bildirəcək? Dünya münaqişəyə boş nəsihətlərlə müdaxilə edəcək. Rusiya isə heç bir halda tanklarını və təyyarələrini göndərməyəcək. Gümrüdəki Rusiya hərbi bazasının hərbçiləri döyüşməyəcəklər (erməni silahlı qüvvələri tərəfində – red.). 102 saylı hərbi bazanın vəzifəsi Rusiyanın sərhədlərini uzaq təhdidlərdən qorumaqdır. İndi alovlanan müharibə qələbəyədək davam edəcək. ”Minsk formatı” isə uğursuzluğa düçar oldu”.

şanlı ordumuz arşivleri - Kırım'ın Sesi Gazetesi

Sözünə davam edən publisist deyib: “Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, müharibə yalnız Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxdıqdan sonra dayandırılacaq. Bu isə BMT qətnamələri və Madrid prinsiplərinə tam uyğundur. Bəli, hədəf qoyulub və aydındır… Ancaq hər halda, müharibəni dayandırmaq çətin olacaq. İstənilən halda mənə elə gəlir ki, Qarabağ münaqişəsi yalnız hərbi yolla həll olunacaq”.

*****

Bunu ən əvvəl elə 27 illik səmərəsiz danışıqlar diktə edir. Əlbəttə, heç kəs müharibə, dağıntı, ölüm-itim arzulamır. Azərbaycan dövləti üçün də hərb yolu qətiyyən hədəf deyil, işğala son qoymaq yolunda yalnız bir vasitədir. Son vasitədir. Eyni zamanda son və qanuni vasitədir – hansı ki, BMT Nizamnaməsində (41 və 51-ci bəndlər) öz əksini tapıb. O nizamnamə ki, ona işğalçı Ermənistan da imza atıb. Əfsuslar olsun ki, rəsmi İrəvan, özəlliklə baş nazir Nikol Paşinyan özlərinin sərsəm bəyanatları və təxribatçı mövqeləri ilə Azərbaycana ayrı yol saxlamadılar. Bu da qaçılmaz yekun – nə barədə ki, neçə vaxtdır bütün ağıllı başlar, siyasi və hərbi ekspertlər xəbərdarlıq edirdilər.

Ancaq nə olur-olsun, problem artıq öz həllini tapmalıdır. Özü də maksimum qısa zamanda. Azərbaycan Prezidenti İlham Əliyevin “Əl Cəzirə” telekanalına söylədiyi kimi, bizim daha 30 il gözləməyə vaxtımız yoxdur, münaqişə indi həll olunmalıdır.

İlham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibə verdi | Azsabah.com

“Sentyabr hadisələrindən qabaq demişdim Ermənistana gəl, təkbətək vuruşaq, baxaq kim kimdir. İndi nə oldu? İndi Paşinyan hər gün dünya liderlərinə zəng edir. Mən heç kimə zəng etməmişəm. Heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər”.

Bunu isə İlham Əliyev xalqa srağagünkü müraciəti zamanı deyib. Qeyd edib ki, “Azərbaycan əsgəri erməniləri iti qovan kimi qovur” və prosesin davam edəcəyini anons edib.

“Mənim şərtim birdir. Çıxsın bizim torpaqlardan. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram. Desin ki, Azərbaycan xalqından üzr istəyirəm və Qarabağ Ermənistan deyil. Və sonuncu şərt – qrafik versin. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli versin bizə. Onda biz, əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”, – deyə ölkə başçısı vurğulayıb.

Odur ki, qoy Bakıdan israrla atəşkəs istəyən, ermənilərin halına yanan güclər də öncədən həmin o Ermənistandan Qarabağla bağlı nəhayət, konstruktiv mövqe tutacağı, Azərbaycanın ərazi bütövlüyünü bəri başdan tanıdığı barədə yazılı öhdəlik, işğal altındakı yerdə qalan əraziləri boşaltmağa dair konkret cədvəl alsınlar. Sonrasına baxaq.

Danışıqlar yalnız bu əsasda başlaya bilər. Əks halda, ordumuzun müzəffər yürüşü Xankəndinə – quldurların əsas yuvasına kimi davam edəcək. Zaman Azərbaycana işləyir.

*****

Prezident İlham Əliyev: Bundan sonrakı sülh prosesində Türkiyə mütləq  olmalıdır | No Comment

“Ermənistanda daxili-siyasi vəziyyətin kəskinləşməsi və Qarabağ cəbhəsindəki uğursuzluqlar baş nazir Nikol Paşinyanı xarici partnyorlara üz tutmağa vadar edir. İran və Rusiyanı Türkiyə ilə üz-üzə qoymağa nail ola bilməyən Paşinyan Qərbə üz tutub ki, bunlar arasında da Fransa prezidenti vacib rol oynayır. Paşinyanın sözügedən taktikası isə elə onun üçün ciddi fəsadlar törədir”.

Bu barədə Rusiyanın mk.ru saytı yazıb.

Məqalədə bildirilir ki, Rusiya Qarabağ məsələsində vasitəçi rolunu oynasa da, Paşinyan Moskvanı öz tərəfinə çəkməyə çalışır və bunun üçün KTMT üzvlüyü mövzusunu əlində bayraq edir: “İrəvanın istifadə etdiyi üsullar münaqişəni beynəlmiləlləşdirmək və Qərbdən dəstək istəmək cəhdlərinə əsaslanır. Paşinyan ”Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib ki, sentyabrın 27-dən bu yana Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti, BMT baş katibi və Rusiya prezidenti (iki dəfə) ilə telefon danışıqları aparıb. O, bunlar arasında ən perspektivli həmsöhbətinin Fransa lideri Emmanuel Makron olduğunu qeyd edib”.

Müəllifə görə, rəsmi Parisə müraciətin məntiqi aydındır: “Fransa yalnız Minsk Qrupunun həmsədrlərindən biri deyil, eyni zamanda öz ərazisində çoxsaylı erməni diasporuna malikdir. Bununla yanaşı, Nikol Paşinyanın yanaşması ikili formada görünür. ”Əl-Cəzirə”yə verdiyi müsahibədən sonra o, Kremlə üçüncü dəfə zəng etməyə də nail olub, onun sözləri isə həmişəki kimi hərəkətləri ilə üst-üstə düşməyib – Parisə ümid edib, Moskva ilə dialoqu qaydasına salmaq istəyir. Paşinyanın məqsədi Kremli “qorxutmaq” və heç olmasa Minsk Qrupu çərçivəsində hər hansı bir addım atmasına nail olmaqdır. İrəvanın əsl problemi isə bundadır ki, Moskva üçün bu cür davranışlar sürpriz xarakteri daşımır. Çünki Paşinyan hakimiyyətə gəldiyi gündən ətrafına “qərbyönlü”, Rusiya əleyhdarı şəxsləri toplayır”.

Sayt Ermənistan-Rusiya münasibətlərinin hazırkı durumunu xarakterizə edərək onu da yazıb ki,  İrəvan Moskvanın əsl tərəfdaşı olmayacaq, bu isə o deməkdir ki, Rusiya öz neytrallığını qoruyub saxlayacaq.

Zatən bunu biz sentyabrın 27-dən bu yana müşahidə edirik…

Zahid Səfəroğlu

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code