Qarabağ separatçıları başsız qaldı

0
25

Azərbaycanın işğal altında saxlanılan Qarabağ torpaqlarında yaradılan qondarma qurumun “rəhbəri” Araik Arutyunyanın “döyüşmək üçün” təmas xəttinə gəldiyi barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, Arutyunyanın bu addımla fərariliyin qarşısını almağa çalışdığı bildirilib. Qeyd olunur ki, Azərbaycan Ordusunun zərbələri artdıqca və irəlilədikcə, nəinki Ermənistandakı ermənilər Qarabağa ölmək üçün gəlmir, hətta Qarabağdakı ermənilər İrəvana qaçır. Buna görə də Araik Arutyunyan “hərbçilər arasında əhval-ruhiyyənin yüksəldilməsi üçün” cəbhəyə gedib. Amma Arutyunyanın cəbhəyə xüsusi təyinatlıların müşayiəti ilə gəldiyi bildirib. Qondarma rejimin lideri niyə məhz xüsusi təyinatlıların müşayiəti altında cəbhəyə yollandığını, hansı bölgədə “vuruşacağını” və separatçılara kimin başçı “təyin” edildiyini açıqlamayıb.

Görünən odur ki, Ermənistan rəhbərliyi artıq başını itirib. Arutyunyanı “döyüşə” göndərir, ancaq “dqr”in rəhbərliyinə “təyinatı” unudur. Və yaxud artıq təyinat üçün adam qalmayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code