“Ermənilər Xankəndini boşaldır” – Azərbaycan ordusunun əks-hücumu

0
36

“Silahlı Qüvvələrimizin əks-hücumları uğurla davam edir, Ermənistan ordusunun müqaviməti qırılır. Çox güclü hücum başlayıb, Ermənistan rəhbərliyi panikadadır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, ordumuzdan ağır zərbələr alan işğalçı Ermənistanın rəhbərliyi sonda Azərbaycanın şərtlərini qəbul etməklə danışıqlar masasına oturmağa məcbur olacaq:

“Hesab edirəm ki, Azərbaycanın istədiyi şərtlər qəbul edilməyənədək, hücumun dayandırılması gözlənilmir. Xalq, ordu və hakimiyyət birliyi yaranıb. Azərbaycan xalqı üçün bu, vətən müharibəsidir. Xalq birmənalı şəkildə İlham Əliyevin Qarabağ siyasətini dəstəkləyir.

Dünəndən ermənilər Xankəndi və digər yaşayış məntəqələrini boşaldırlar. Azərbaycanın hucumlarının daha da dağıdıcı olacağının fərqindədirlər”.

Məhəmməd Əsədullazadə münaqişəyə beynəlxalq ictimaiyyətin diqqətinə də toxunub:

“ABŞ, İngiltərə, Almaniya, İtaliya kimi böyük qlobal güclər neytrallığını qoruyur. Bu dövlətlərin regionda Türkiyə ilə müəyyən fikir ayrılıqları olsa da, Qafqazda maraqları üst-üstə düşür. Azərbaycan Fransadan Ermənistana təzyiq etmək üçün istifadə etməlidir. Çünki qalib tərəf Azərbaycandır. Əgər Fransa prezidenti Ermənistanın hamisidirsə, onu işğal olunmuş ərazilərdən çəkməyə çalışmalıdır. Azərbaycanın Fransadan çəkinəcəyi heç nə yoxdur”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin