Azərbaycan Avtomobil Federasiyası Orduya dəstək üçün “Pikap”ları təqdim etdi!

0
31

Azərbaycan Avtomobil Federasiyası (AAF) Milli Orduya dəstək olaraq “Pikap” tipli avtomobillər təqdim edib.

“medonline.az” saytı redaksiyasının “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Azərbaycan Avtomobil Federasiyası Ermənistanın sentyabrın 27-dən başlayan təxribatlarına qarşı hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna, ərazilərimizin bütövlüyü uğrunda döyüşən hərbçilərimizə dəstək məqsədilə ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan  “pikap” tipli avtomobillər təqdim edib.

Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinə, eləcə də düşmənə qarşı son günlər aparılan uğurlu hərbi əməliyyarlara töhfə vermək üçün 10 ədəd “pikap” tipli avtomobil ön cəbhədə yolsuzluq şəraitində istifadə məqsədilə təhvil verilib.

AAF-ın nümayəndəsi Nərgiz Rüstəmova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Azərbaycan xalqı tarixi bir gün yaşayır: “Ordumuz Vətən torpaqlarının işğaldan azad edilməsi üçün əməliyyatları əzmlə, uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı qətiyyətli mübarizədən qürur və iftixar hissi duyuruq. Bu çətin günlərdə hər birimiz Ali Baş Komandanın ətrafında sıx birləşib həmrəy olmalıyıq.

Bu həmrəyliyə qoşularaq öz növbəsində Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərovun tapşırığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qərargahına 10 ədəd “pikap” tipli avtomobillər təhvil verilib. Doğrudur, bu gün Ordunuz yüksək səviyyədə təchiz olunur. Hər zaman dövlətin qayğısı ilə əhatə olunan Ordumuzun bugünkü gündə heç bir əlavə yardıma ehtiyacı yoxdur. Laki bu aksiya ilə bir daha Vətən uğrunda ön və arxa cəbhədə mübarizə aparan soydaşlarımızla birlikdə olduğumuzu nümayiş etdirmək istədik”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin