Energetika Nazirliyində qanvermə aksiyası keçirilib 25-09-2020 14:47

0
13

Bu gün Energetika Nazirliyində talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədi ilə könüllü qanvermə aksiyası keçirilib. Aksiyaya Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi də qoşulub. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunub və tibbi müayinədən sonra onlardan qan götürülüb.

Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Xatırladaq ki, cari ilin aprel ayında da Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin