rmənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, erməni qoşunlarının idarə edilməsi tam pozulub.
Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir.