Ərdoğandan TARİXİ MESAJ: bunu edən 10 ölkədən biriyik

0
17

Ərdoğandan TARİXİ MESAJ: bunu edən 10 ölkədən biriyik

“Bu gün dünyada öz döyüş gəmilərini milli imkanları ilə dizayn, inşa edən və sulara buraxan 10 ölkədən biriyik”.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, “Mavi Vətən”i qorumaq, dostların əminliyini təmin etmək, haqlarına göz dikənlərin cavabını verə bilmək üçün donanmanı qüvvətləndirməyə davam edəcəklər: “3 tərəfi dənizlərlə əhatələnən ölkəmizdə dənizlərimizin təhlükəsizliyini təmin edən dəniz qüvvələrimiz köklü və hörmətli tarixindən aldığı güclə birlikdə inkişaf etmiş imkan və qabiliyyətləri, istedadlı ekipajı və üzərindəki bütün vəzifə borcu ilə əldə etdiyi uğurlarla millətimizi qürurlandırır”.

Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizindəki dəniz səlahiyyətləri üzərində yaranan gərginlik davam etməkdədir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code