Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik!

0
87

Dünyanın istənilən ölkəsində orduya, səhiyyə və təhsilə ayrılan xərclər hədər yerə getmir. Qardaş ölkə hesab edilən Türkiyə buna görə bizə nümunə sayıla bilər. Silahlı Qüvvələrin maddi-texniki bazasının artırılması, icbari tibbi sığortanın təşkili və s. dediklərimə əyani sübutdur.

Son vaxtlar Azərbaycanda da bu sahələrə ayrılan dövlət vəsaitinin həcmi artır. Təbii ki, məsuliyyəti təkcə dövlətin üzərinə atmaq düzgün deyil. Ən azından, sahibkarlar, imkanlı şəxslər  də bu sahələrə zəruri dəstəyi göstərməlidirlər.

2020-2021-ci tədris ili dünya üçün çox ağır bir durumda başladı.  COVİD-19 pandemiyası ilə əlaqədar insanlarda ruh düşgünlüyü yarandı, bəzi abituriyentlər psixoloji cəhətdən böyük sarsıntı keçirdilər. Bütün bunlar ölkə ərazisində tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb oldu. Elmin zirvəsinə qalxmaq üçün çalışanlar, pandemiya dövründə ali və orta ixtisas məktəblərinə imtahan verərək qəbul olanlar oldu. Biz, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin bütün fəalları, o cümlədən də, “medonline.az” saytının Redaksiya Şurası və əməkdaşları adından ali və orta ixtisas məktəblərinə, həmçinin, xarici ölkələrin təhsil ocaqlarına daxil olan gəncləri təbrik edirik!

Onlardan bəzilərin adlarını qeyd etməyi özümə borc bilirəm: Xocalı soyqırımı zamanı əziz canından keçmiş sabiq Tabor komandiri, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş “Mixaylo” ləqəbli Tofiq Hüseynovun nəvəsi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş Məxmər Ələkbərova, tanınmış tele-jurnalist, hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışan Füzuli İsmayılovun oğlu- Azərbaycan Dillər Universitetinə daxil olmuş Toğrul bəy, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü, Beyləqan rayonundakı Yuxarı Aran kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən Sahilə Fərmanovanın (ömür-gün yoldaşı Alim Məmmədli) qızı – Bakı Slavyan Universitetinə daxil olmuş Dünya xanım Məmmədli, Beyləqan rayonunda yaşayan bəstəkar və müğənni Aygün Bayramlının əmisi qızı, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə daxil olmuş əmisi qızı Elvira Abbasova,  “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin üzvü, hazırda Bakı şəhərində yaşayan Rauf Mirzəyevin qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş Gülnar Mirzəyeva  və başqaları.

Ümid yerimiz olan tələbə-gənclər, Sizi ürəkdən təbrik edirik!

Səmimi hörmətlə,

“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri,

medonline.azsaytının baş redaktoru,  “Tərəqqi” medalının və

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalının

mükafatçısı, müharibə veteranı.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code