“Türk çatı” getdikcə böyüyür: Qərar son anda niyə ləğv edildi? – Yeni gəlişmə

0
16

Avropa İttifaqının sammiti bu həftəyə təyin edilmişdi. İddiaya görə, COVID-19 səbəbiylə son anda ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bu haqda Almaniyanın “Die Welt” qəzeti məlumat yayıb.

Alman nəşri sammitin müttəfiqlər arasındakı fikir ayrılığına görə ləğv edilməsindən şübhələnir:

“Hər halda zirvə baş tutsaydı, tamamilə uğursuz olardı. Avropa hər zamankindən daha çox parçalanmış haldadır. Qitədə insanları narahat edən daha ciddi problemlər ortaya çıxıb. Avropalıların fərqli siyasi reallıqlarda yaşadıqları getdikcə daha aydın olur.

Avropa İttifaqının sammiti dünən baş tutmalı idi, ancaq iştirakçılarından birinin COVID-19-a yoluxması səbəbindən çərşənbə axşamı ləğv edildi. Bununla birlikdə, Aİ-yə üzv dövlətlərin xarici siyasət məsələlərində ortaq bir fikri olmadığı üçün iclasın təxirə salındığı və oktyabr ayında keçiriləcəyi şübhələri var. Səbəb Cənubi Kiprin mövqeyidir. Ölkə Belarusa qarşı sanksiyaları müdafiə etmək istəmir. Amma məsələ Kiprin Belarus rejiminə qarşı sanksiya tətbiq edilməsini səhv addım hesab etməsində deyil. Çünki Belarus Aralıq dənizinin həyatında heç bir rol oynamır. Əsas məsələ Türkiyənin bölgədəki fəaliyyətləridir”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin