Eldar Həsənovun biznes şəriki həbs edilib

0
19

İş adamı Bəhruz Əsədbəyli mənimsəmə, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilib.

“Report” xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Natavan Tağıyevanın sədrlik etdiyi iclasda vəsatət təmin edilib.

B.Əsədbəyliyə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda məninmsəmə və ya israfetmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, spirtli içki biznesi ilə məşğul B.Əsədbəylinin hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun yaxın adamı olduğu bildirlir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code