Doktor Novruz Zeynalov qürur duyduğum insandır!

0
59

1991-ci ilin oktyabr ayında Ağdam rayonu ərazisində ön cəbhəyə dəstək məqsədilə könüllülərdən ibarət hərbi hissə və taborlar yaradılmağa başlandı. Belə hərbi hisələrdən birini ehtiyatda olan polkovnik-leytenant, Xankəndi şəhərinin yetirməsi, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Şirin Vəli oğlu Mirzəyev yaratmışdı. Mən həmin hərbi hissənin sabiq qərargah rəisi Allahyar müəllim, Tabor komandirləri- “Arkadaş” ləqəbli Fəxrəddin Rəcəbov,  Əkbər Məmmədov, kəşfiyyatçılar-Rey Kərimoğlu, Sənan Rüstəmov, Diləfruz Hüseynova və digər şəxslərlə tanış oldum. Onların arasında Ağdam rayonunun yetirməsi, ixtisasca həkim olan Novruz Xankişi oğlu Zeynalov da vardı. Novruz bəy həm zəruri döyüş əməliyyatlarında iştirak edir, həm də hərbi hissənin şəxsi heyətinə tibbi yardım göstərirdi. Sonradan onunla əlaqələr kəsildi. Bu yaxınlarda yaxın qohumlarımdan eşitdim ki, N. Zeynalov Bakı şəhər Nəsimi rayonu, 5 saylı Təcili Yardım Stansiyasında həkim vəzifəsində çalışır. Tapşırıqları yüksək səviyyədə yerinə yetirən həkim Novruz Zeynalov və tibb bacısı Ruqiyyə Rəhim qızı Abuzərova yaxın qohumum həmin ailədə ağır xəstəlik keçirən şəxslərə xüsusi diqqət və qayğı göstərmişdi.

Novruz həkimlə əlaqə saxladım və təşəkkürümü bildirdim. Söhbət zamanı bildim ki, Respublika Müdafiə Nazirliyində zabit rütbəsində çalışan oğlu Bəhruz Zeynalov 2013-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Ən dəhşətlisi də odur ki, Bəhruz şəhid olmasaydı, 1 həftə sonra ailə həyatı quracaqdı.

Tam səmimi olaraq deyirəm: doktor Novruz Zeynalov və onun şəhid oğlu qürur duyduğum insanlardır!

 

 Şamil Sabiroğlu,

“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri,

medonline.az” saytının baş redaktoru,  “Tərəqqi” medalının və

 Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalının

 mükafatçısı, müharibə veteranı. 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin