“Sosial təminatı az olan tələbələrin təhsili” layihəsinin icrası uğurla davam etdirilir!

0
85

Azərbaycan Diplomatiya Mərkəzinin təşkilatçılığı ilə “Sosial təminatı az olan tələbələrin təhsili” mövzusunda tədbir keçirilib. Bakının Yasamal rayonunda yerləşən “Kaspian Plaza” Şirkətində keçirilən tədbirdə Mərkəzin direktoru Fərid Murad oğlu Məmmədov, “Sosial təminatı az olan tələbələrin təhsili” layihəsinin direktor müavini Azər Şükürov, həmçinin, qonaqlar və media nümayəndələri iştirak ediblər.

Tədbiri “Sosial təminatı az olan tələbələrin təhsili” layihəsinin direktor müavini Azər Şükürov açdı. Azər müəllim qonaqları və media nümayəndələrini salamladı. O, bildirdi ki, Azərbaycan Diplomatiya Mərkəzi 2018-ci ildə yaradılıb. Qısa müddətdə bir çox uğurlu layihələr həyata keçirən Mərkəzin hazırladığı yeni layihənin məqsədi əhalinin həssas təbəqəsindən olan tələbələrin qarşılaşdıqları çətinlikləri qismən də olsa aradan qaldırmaqdan ibarətdir.

Mərkəzin direktoru Fərid Muradoğlu çıxış edərək qonaqları və KİV əməkdaşlarını salamladı. Dedi ki, tələbə himayəyə götürüldükdən sonra təhsil haqqının 50 faizi ödənilir, onların asudə vaxtlarına uyğun olaraq işə də qəbul edilir. Hazırda 13.000 (on üç min) tələləbə ilə müqavilə əsasında əməkdaşlıq edirik. Yaxın gələcəkdə bizimlə əməkdaşlıq edən tələbələrin sayı 16-18 min nəfərə çatdırılacaq.

Fərid Məmmədov ərizə qəbulunun bu il sentyabrın sonu, oktyabr ayının əvvəllərinə kimi davam etdiriləcəyini qeyd etdi. O, bildirdi ki, hazırda sənəd qəbulu davam edir. Ali məktəblərin bakalavr və magistr pilləsində təhsil alan tələbələr, kollec tələbələri, hər iki valideynini itirmiş və ya maddi imkanı çox aşağı səviyyədə olan tələbələr, ailədə bir və ya hər iki valideyni işsiz olan şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən müharibə veteranlarının övladları, valideynlərindən biri və ya hər ikisi I; II və III dərəcəli əlil olanların tələbə övladları, həmçinin, yaşa görə valideyn əmək təqaüdü alırsa, yaşa görə valideyn sosial müavinət alırsa, tələbənin özü I; II və III dərəcəli əlildirsə və ya sağlamlığını 26 yaşınadək olan müddətdə itirmişsə layihədə iştirak edə bilərlər. Sənədlərin qəbulu ilə əlaqədar aşağıdakı ünvana müraciət etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küç. 44, “Kaspian Plaza”, 3-cü Korpus, 10-cu mərtəbə. Əlaqə nömrələri: (050) 800-11-13/ (050) 800-11-14 və (012) 310-35-09

F. Məmmədov bildirdi ki, bu layihə özü-özünü maliyyələşdirən layihədir. 2-ci mərhələyə keçid almış tələbələr onlara təqdim olunmuş müqaviləyə əsasən 39 (otuz doqquz) manat ödəməklə layihədə iştirak etmək hüququ qazanırlar. Həmçinin, bu rəsmi rüsum layihədə iştirak edən tələbələrin məlumatlarının rəsmi portallarda araşdırılması üçündür. Oktyabr ayının 20-25-i arası kollec tələbələrinin, oktyabrın 25-dən noyabrın 5-dək olan müddətdə bakalavr və magistr tələbələrinin 3-cü mərhələdən uğurla və uğursuz keçdiyini bildirmək üçün SMS vasitəsilə məlumat göndəriləcəkdir.

F.Məmmədov daha sonra KİV əməkdaşlarının suallarını cavablandırdı.

Şamil Sabiroğlu,

Arzuman Ağayev.

“medonline.az” saytının xüsusi müxbirləri.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code