Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!

0
104

Dəyərli dostlar, 1988-ci ildən Bakı şəhərində daimi pasport qeydiyatında olan və faktiki yaşayan jurnalist Şamil Sabir oğlu Ələkbərli elə həmin ilin noyabr ayında başlanan Azərbaycan Milli Azadlıq hərəkatının fəallarındandır. Şamil müəllim Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “medonline.az” saytının baş redaktorudur.2007-ci il noyabrın 16-da dövlət qeydiyatına alınan “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi hələ də Bakı şəhərində daimi ofislə təmin edilməyib. Eyni zamanda, Dövlət Başçısı cənab İlham Əliyevin Sərəncamına əsasən jurnalistlər üçün inşa olunan binalardan heç birində Ş.Sabiroğluna yaşayış sahəsi verilməyib. Şamil müəllim 1989-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında könüllü olaraq iştirak edib. O, Vətən müharibəsi veteranıdır, müharibə mövzusunda 2 kitabın, 3 sənədli filmin müəllifi və layihə rəhbəridir. Şamil Sabiroğlu Ölkə Başçısı cənab İlham Əliyev və onun xanımı, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevaya müraciət etdi. Şamil müəllimin nəzərinizə çatdırırıq. Bu videonu paylaşanların hər birinə öz təşəkkürümüzü bildiririk.

Hörmətlə,

“medonline.az” saytı redaksiyasının əməkdaşları.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code