Türkiyə Silahlı Qüvvələri yeni anti-terror əməliyyatlarına start verib.
Publika.az-ın məlumatına görə, İŞİD, YPG və PKK kimi terror ünsürlərinə qarşı Bitlisdəki “İldırım-12 Beşqaynaq” əməliyyatlarına 747 hərbçi qatılıb.
Daxili İşlər Nazirliyindən verilən açıqlamada terrorçuların düşərgələrinin, çox sayda hərbi sursatın məhv edildiyi bildirilib.