İlham Əliyevdən azərbaycanlı milyarderlə bağlı SƏRƏNCAM

0
26

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Fərhad Teymur oğlu Əhmədov “Dostluq” ordeni ilə təltif edilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Fərhad Əhmədov Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı, milyarderdi. O, Rusiyanın “NortQaz” şirkətinin yaradıcısı və keçmiş sahibi, Rusiya Federasiya Şurasına Krasnodar vilayətindən seçilən keçmiş senator kimi tanınır və bu ölkənin adlı-sanlı zənginlər siyahısında yer alır.

Onun Azərbaycanda fəaliyyət göstərən “Aznar” şirkəti də var.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin