Unutmayaq, unudulmayaq!

0
22
Azərbaycanın vətənpərvər övladlarından söhbət düşəndə Füzuli rayonunun yetirməsi olan Gülbar Heydər qızı Heydərovanın da adı hörmətlə çəkilir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar könüllü surətdə Azərbaycan Ordusu sıralarına daxil olan Gülbar xanım uzun müddət rabitəçi kimi xidmət edib. 1993-cü ilin iyul ayında şəhid olan Gülbar Heydərova Bakıdakı I Şəhidlər Xiyabanında dəfn edilib. Bütün şəhidlərimizin ruhları şad olsun.Amin.
Dəyərli dostlar, sözləri və musiqisi Minaxanım Əkrəmqızına məxsus olan mahnını istedadlı müğənni, Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin üzvü İslam Ələsgərli ifa edib. Xatırladıram ki, şəhid Gülbar Heydərova haqda mahnı “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, müharibə veteranı və jurnalist Şamil Sabiroğlunun təşkilatçılığı ilə hazırlanıb. Aranjemançı Faiq Kazımovdur.
Xatırladıram ki, Ş.Sabiroğlunun ideyası əsasında şəhid Gülbar Heydərovanın mənalı ömür yoluna həsr edilən “Qarabağın Gülbarı” sənədli filmi hazırlanıb.Bu yaxınlarda həmin filmin təqdimat mərasimi keçiriləcəkdir.
Sənan İmanov,
Şamilə Şamilqızı.
Bakı, 13.09.2020
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin