Tərtər sakini odlu silahla hədələndi – Cinayət işi

0
19

Daxili İşlər Nazirliyi Tərtər rayon sakinin odlu silahla hədələnməsi barədə məlumat yayıb.

Medonline.az “Teleqraf”a istinadla xəbər verir ki, sentyabrın 10-da Bakı şəhər sakini C.Süleymanov Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi”nə və Tərtər rayon polis şöbəsinə ərizə ilə müraciət edib.

O, əvvəlcədən razılaşdıqları kimi S.Hüseynov adlı şəxsə satmaq məqsədi ilə “Chery Tiggo” markalı avtomobilini Tərtərə gətirdiyini, sonuncunun isə onu odlu silahla hədələyərək avtomobilini ələ keçirdiyini və naməlum istiqamətdə getdiyini bildirib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən dərhal müvafiq araşdırmalara başlanılıb.

“İsti izlərlə” və peşəkarlıqla keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov cinayət yolu ilə ələ keçirdiyi avtomobillə birlikdə Bakı şəhərində saxlanılaraq Tərtər rayon polis şöbəsinə gətirilib.

Araşdırmaların davamı olaraq S.Hüseynovun yaşadığı ünvana baxış keçirilən zaman evinin yaxınlığındakı su quyusunun üzərindəki beton örtüyün içərisindən cinayətin törədilməsində istifadə etdiyi 1 ədəd qundağı və lüləsi kəsilmiş, tək lüləli odlu silah və 3 ədəd patron, eləcə də evinə baxış keçirilərkən oradan 1 ədəd xəncər aşkar edilib.

Faktla bağlı Tərtər rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin