ABŞ-dan tarix verdilər: Bundan tez normal həyat mümkün deyil

0
32

ABŞ vətəndaşları koronavirus pandemiyasına qədərki həyat tərzinə 2021-ci ilin ortalarından və ya sonlarından tez qayıda bilməyəcəklər.

Medonline.az xəbər verir ki, bunu ABŞ-ın Allergik və Yoluxucu Xəstəliklər Milli İnstitutunun direktoru Entoni Fauçi “MSNBC” telekanalına müsahibəsində söyləyib.

O, ABŞ-da əlçatan peyvəndin bu ilin sonu – gələn ilin əvvəlində ortaya çıxacağı ilə bağlı əvvəlki proqnozlarını təsdiqləyib. Ancaq onun fikrincə, bu, kifayət deyil:

“Bütün ölkə daxilində peyvəndləmənin başlanacağı vaxtdan danışırıqsa, əhalinin böyük hissəsinin, hətta daha çoxunun qorunması 2021-ci ilin ortalarından və sonundan əvvəl baş verməyəcək. Əgər koronavirus pandemiyasından əvvəlki həyatımızı xatırladan normal səviyyəyə qayıtmaqdan danışırıqsa, bu, 2021-ci ildən sonra, ən tezi 2021-ci ilin sonunda olacaq”.

Qeyd edək ki, Cons Hopkins Universitetinin sentyabrın 11-nə olan məlumatına görə, ABŞ yoluxma hadisələrinin sayına görə liderdir – 6,4 milyon. Ölkədə 192 mindən çox insan COVID-19-dan ölüb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin