Paşinyan getsə, hansısa “…yan” gəlsə, heç nə dəyişməyəcək

0
20

Ermənistanda hakimiyyət dəyişikliklərinə ümid etməyin mənası yoxdur

Ermənistanda 2018-ci ildə küçə inqilabı ilə hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanın iqtidarı getdikcə ictimai dayaqlarını itirir. Ölkənin heç bir köklü problemini həll edə bilməyən Paşinyan populist bəyanat və hərəkətlərdən o tərəfə keçə bilmir. Artıq erməni cəmiyyəti ondan xeyir gözləməyin əbəs olduğunu dərk etməkdədir.

Paralel olaraq da Paşinyan iqtidarı Rusiyanı da qane etmir. Moskvanın Paşinyanın ölkədə tamamilə nüfuzdan düşməsini gözləyir və əlverişli məqam yetişən kimi onun hakimiyyətdən qovulması üçün düyməni basacağı deyilir.

Nikol hakimiyyətə gələn ərəfədə Azərbaycanda bir çox insanlarla irticaçı Qarabağ klanının  Ermənistan hakimiyyətindən gedişinin problemin həlli üçün imkan yarada biləcəyini iddia edir, hətta sevinirdilər. Serj Sərkisyanın timsalında Qarabağ klanı hakimiyyətdən getdi, yerinə Nikol Paşinyan rejimi gəldi. Lakin Ermənistanın siyasəti müsbətə dəyişmədi. Əksinə, Nikol Paşinyan Qarabağ məsələsində özündən əvvəlkilərdən daha sərt, işğalçı mövqe ortaya qoydu. Artıq Azərbaycanda hər kəsdə əminlik yaranıb ki, Ermənistanın indiki hakimiyyətindən müsbətə doğru heç nə gözləməyə dəyməz.

Bəs Azərbaycan ictimai rəyi heç nəyin dəyişməyəcəyini bildiyi halda, bu gedənlərlə-gələnlərlə özümüzü yormağa dəyərmi? Belə görünür ki, Rusiyanın da köməyi ilə çökən Paşinyan rejimindən sonra ondan daha pisi gələcək… Bəs Azərbaycan nə etməlidir?

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su  Azərbaycanda oxunacaq

Politoloq Qabil Hüseynli bildirdi ki, Ermənistan cəmiyyəti, xalqı elə bir işğalçı ideologiyaya köklənib ki, bu cəmiyyətin içindən normal, həqiqi sülh tərəfdarı olan, beynəlxalq hüquqa, qonşularla normal münasibətlərə üstünlük verən siyasətçinin çıxması mümkün deyil. Ermənistanın “demokrat” adlanan siyasətçiləri, siyasi qüvvələri ilə “avtoritar” adlanan siyasətçilərinin Qarabağ məsələsində mövqeləri eynidir: “Odur ki, Azərbaycan ictimaiyyəti və dövləti heç zaman ümidini Ermənistanda hakimiyyət dəyişikliklərinə, orada nə zamansa normal adamın hakimiyyətə gələcəyinə bəsləməməlidir. Azərbaycan dövləti Ermənistanda hakimiyyətdə kimin olması məsələsini boş verməli, ordusunun qüdrətini artırmalı, ölkənin bütün resurslarını müharibə hazırlıqlarına yönəltməli, xalqımız isə müharibəyə köklənməlidir. Biz bunları edib işğalçıya bir-iki sarsıdıcı zərbə endirəndən sonra Ermənistan hakimiyyətində kim olmasından asılı olmayaraq həmin qüvvə ”sülh” deyib yalvaracaq”.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistanda siyasi hakimiyyətlər 90-cı ildən bəri Qarabağ kartından istifadə edib hakimiyyətə gəlib. Məhz bu kontekstdə siyasi hakimiyyətlər öz təbliğatını Qarabağın güzəştə gedilməməsi istiqamətində quraraq milli şüuru bu istiqamətdə formalaşdırıblar. Qarabağ klanı 20 il ərzində ərazilərin güzəştə gedilməməsi ruporu ilə erməni cəmiyyətində sülhün və kompromisin əldə edilməsinin üstündən xətt çəkib: “Məhz hazırkı erməni siyasi elitasının əsas ideologiyasında ərazilərin boşaldılmaması durub. Azərbaycan 20 ildən artıq Qarabag klanı hakimiyyətdə olanda danışıqlar apardı. Amma heç bir müsbət nəticə əldə edilmədi. 2018-ci ildə Ermənistanda inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyandan müəyyən açılım gözlənilirdi. Hətta Qərb də bunda maraqlı idi. Nikol Paşinyan prezident İlham Əliyevlə ilk görüşlərində pozitiv mesajlar vermişdi.  Regionda yeni bir siyasi mənzərənin formalaşması, Qarabağla bağlı Azərbaycanin gözləntiləri var idi. Amma daxildə təzyiqlər və Kremldən gələn təzyiqlər nəticəsində Paşinyan daha da sələflərindən sərt siyasi xətt ortaya qoydu. Nikol Paşinyanin indiki Qarabagla bağlı siyasəti danışıqlar prosesini dayandırmaq, masada olan Madrid prinsiplərini qəbul etməmək və öz şərtlərini həll prosesinə gətirməkdir. Bununla da danışıqlar fiaskoya uğradı və nəticədə proses müharibə müstəvisinə keçib. Bu,  o deməkdir ki, Ermənistanda hansı siyasi partiyaların hakimiyyətə gəlməsi önəmli deyil, hətta demokratlar da güzəştə getməyəcək. Erməniləri tamamilə Azərbaycana qarşı düşmən ruhunda formalaşdırıblar. Bundan əlavə, bu ölkə Rusiyanin forpostudur. Belə bir ölkədə demokratik inqilaba rəğmən ölkə inkişaf edə bilməz və müstəqil siyasət yürüdə bilməz. Ermənistanda hazırkı vəziyyət bu istiqamətdə davam edir və Ermənistanda Rusiyadan asılı olaraq hansı qüvvələrin hakimiyyətə gəlməsinə baxmayaraq onlar güzəştə getməyəcək. Danışıqlar fayda verməyəcək”.

Politoloq hesab edir ki, ona görə də Azərbaycan ciddi şəkildə ordusunu gücləndirməli, Türkiyə ilə siyasi-hərbi platformani inkişaf etdirməli və mütləq şəkildə Ermənistana hərbi zərbələr endirməlidir: “Hesab edirəm ki, bu plana uyğun siyasət aparılır və biz bunun yaxın müddətdə şahidi ola bilərik.  Çünki regionda şərtlər Ermənistanin əleyhinə işləyir. Rusiya da onu qoruya bilməyəcək. Azərbaycan Minsk Qrupu çərçivəsində əvvəlki kimi imitasiya danışıqlarına getməməlidir”.

Etibar SEYİDAĞA,

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin