Onlar işə getməsələr də, MAAŞ ALACAQLAR

0
13

Təhsil müəssisələrində əyani formada tədris və təlim- tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunacaqlar.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qəbul etdiyi qərarda bildirilir.

 

Скачать видео

 

Qərara əsasən, təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınacaq.

Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin