Zəngəzur təbiətinin əsrarəngiz gözəlliyi

0
98

Azərbaycan təbiəti gözəlliklər diyarıdır. Ölkəmizin hər bir qarışının özünəməxsus gözəlliyi, spesifik xüsusiyyətləri vardır. Elə məhz buna görə də ölkəmiz daim kənar qüvvətlərin diqqət nöqtəsinə çevrilmişdi. Azərbaycanın hər rayonunun, hər kəndinin özünəməxsus xarakterik xüsüsiyyəti vardır. Bir rayon gülü ilə, qozu ilə fərqlənəndə digəri şəlalələri ilə nəzəri cəlb edir. Ölkəmizin iqlimi də bu işdə az rol oynamır. İstər turistik baxımından, istərsə də təsərüfat baxımından ölkəmizin həm iqlimi həm də relyefi çox əlverişlidir.

Azərbaycanın dilbər güşələrindən biri də Zəngəzurdur. Burada əsas diqqət çəkən coğrafi əhəmiyyətli ərazilərdən biri dağlardır. Zəngəzur torpaqları haqqında qısa bir xülası verək:

Bazarçay Zəngəzur torpaqlarından axır. Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşdiyinə görə bu əraziyə zəngi dərəsi də deyirlər. Bütün Zəngəzur mahalı boyu uzanan bu dağ silsiləsi Tərtər və Arpa çaylarının yuxarı axınlarından Araz çayınadəkgedib çıxır. Uzunluğu təqribən 130 km, hündürlüyü isə 3904 m-dir.

Zəngəzur təbiıtində Bəbirlərin rolu

Əvvlcə onu qeyd edək ki, ölkəmizin hər yerində bəbirlərə rast gəlinməyib. Azərbaycanda bu heyvanlar Talış dağlarının qalın meşələrində, Kiçik Qafqazın meşəli və qayalı hissələrində, Naxçıvanın sərt qayalıqlarında, yarğanlarda, təsadüf edilir. Çox vaxt bəbirin yayılması onun qidalandığı heyvanlardan asılıdır.

Talış dağlarında onların qidasını cüyürlər, çöldonuzları, tirəndazlar (oxlu kirpilər), porsuqlar, Kiçik Qafqazda bunlardan başqa dağ keçiləri, Naxçıvanda isə həm də dağ qoyunlari təmin edir. Qış aylarında bəbirlər dağların güney yamaclarında qarsız yerlərdə rast gəlinir, istirahət etmək və şikarını güdmək üçün dərələrin dibində, daşların altında dayanırlar. Bəbirlər oturaq həyat tərzi sürürlər.

Ancaq gənc heyvanlar ailə dağıldıqdan sonra yeni ərazilər tapmaq üçün uzaqlara səyahət edirlər.

Yaşlı tənha bəbirlər yuvaya ehtiyac duymurlar. Onlar qayaların altında, uçqunluqlarda, dağların ətraf yaxşı görünən yerində istirahət edirlər. Pis havalarda bu heyvanlar küləkdən, yağışdan, qardan qorunmaq üçün qapalı yerlərdə gizlənirlər.

 Ana bəbirlərin bala çıxartdığı yuvalar sərt dərələrin əlçatması mümkünsüz olan yerlərində, yarğanlarında, daş yığnaqlarında, meşənin sıx ağaclı, itburnu, böyürtkən kolları ilə örtülmüş çoxlu mağara və əsasən də onların qidalandığı heyvanların çox olduğu yerlərdə olur. Yuvaları ətraf yerlərdən seçilmir və onların ətrafında qida qalıqları olmur. Bəbirlər yuvadan az müddət ərzində istifadə edir.

Zəngəzur təbiətində özünəməxsus yer tutan Zəngəzur dağ silsiləsi Şimalda Tərtər çayı və Arpaçayın yuxarı axınlarından başlayaraq Araz çayına qədər uzanır. Bu dağ silsiləsinin Uzunluğu 130 km-dir.

Dağ silsiləsinin çox hissəsi sıldırım yamaclardsn ibarətdir. Zəngəzur dağ silsilədi əlvan metallara zəngin mürəkkəb geoloji quruluşa malikdir

Orta hündürlüyü 3200 m olan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən hündürdür. Onun ən yüksək zirvəsi olan Qapıcıq (3906 metr) həmçinin Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir. Eyni zamanda bu zirvə Azərbaycan Respublikasında daimi qarlı zirvələrdən biridir. Zəngəzur silsiləsi həm də Kiçik Qafqazın böyük silsilələrindən biri olub, Naxçıvan MR ilə Ermənistan arasında təbii sərhəd rolunu oynayır. Cənub-şərq istiqamətində tədricən ucalaraq Qapıcıq dağında öz maksimumuna çatan silsilə Qapıcıqdan cənuba doğru yenidən alçalmağa başlayır. Soyuq dağdan (3161 metr) cənubda 12-13 kilometrlik məsafədə sıldırım pillələr şəklində kəskin surətdə alçalaraq qayalı, uçurumlu, yamaclarla Araz çayının yatağına enir. Həmçinin Zəngəzur silsiləsində bir neçə zirvənin yüksəkliyi 3500 metrdən (Nabad dağ, Dəvə boynu, Qazangöl dağı, Səfərdərə, Yağlıdərə, Sarıdərə, Şıxyurdu), bir neçə zirvənin yüksəkliyi isə 3000 metrdən (Ağdaban, Salvartı, Camal, Aracı, Dəmirli dağ, Əyri dağ, Soyuq dağ və s.) çoxdur. Burada aşırımların mütləq yüksəkliyi 2340 metrlə 3700 metr arasında tərəddüd edir.

Zəngəzur silsiləsini parçalanmasına və mütləq yüksəkliyinin dəyişməsinə görə üç yerə ayırmaq olar:

■ Salvartı dağı

■ Qapıcıq

■ Soyuq dağ

Salvartı dağı

Salvartı dağı Ağdaban dağı ilə Gədik aşırımı arasında yerləşir. Salvartı dağının orta yüksəkliyi 3000 metrə qədərdir. Qədim buzlaq izləri, xüsusilə, təknəvari dərələr (sirklər) burada çox inkişaf etmişdir.

Salvartı dağının qərb yamacı şərq yamacına nisbətən bir qədər çox parçalanmışdır. Bu hissədən qərb istiqamətdə Gömür, Toğlu qaya, Davaxh, Keçili və başqa qollar ayrılır.

 Əsrarəngiz Qapıcıq dağı

Qapıcıq dağı Zəngəzur silsiləsinin ikinci hissəsini təkil edir. O, Soyuq dağla Dəmirli dağ arasındakı ərazini əhatə edir. Mütləq yüksəkliyi 3400 metr ilə 3900 metr arasında dəyişn bu sahə Zəngəzur silsiləsinin ən uca hissəsidir. Burada çoxlu zirvələr, uçurumlu yamaclar, dar suayrıcıları və qayalıqlar vardır. Geniş və dərin təknəvari dərələr, iri karlar, moren çöküntüləri burada tez-tez gözə dəyir. Silsilənin hər iki yamacı çox şiddətli dərəcədə parçalanmışdır. Ona görə də şərq yamacındakı qıfabsbənzər dərin su hövzələri “divarlarının” mailliyi 40-60 dərəcədən artıq olub, hətda bəzən 80-90 dərəcəyə çatır. Kəskin fiziki aşınmadan yaranan süxurlar yamacların ətəklərinə akumuliyasiya olunmuşdur.

Soyuq dağ

Zəngəzur silsiləsinin üçüncü-sonuncu hissəsi Soyuq dağdır. Onun hündürlüyü 2000-3000 metr mütləq yüksəklik arasında dəyişir. Bu hissə 12 kilometrlik bir məsafədə həm qərb, həm də cənub istiqamətində alçalır. Burada uçurumlu yamaclar, dar suayrıcıları mövcuddur.

Gənc səyyah: Elsevər Şirvani

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin