Bakıda məşhur şirkətdə işləyən 33 yaşlı Farizin DƏHŞƏTLİ SONU – TƏFƏRRÜAT

0
18

Sentyabrın 8-də Bakı şəhər Binəqədi rayonu ərazisində yerləşən həyət evinin qarşısında 33 yaşlı Fariz Osmanovun özünü asaraq həyatına son qoyması hadisəsinin təfərrüatları məlum olub.

Publika.az-a danışan mərhumun yaxınları Farizin 10 il əvvəl doğulub-böyüdüyü Zərdabın Yarməmmədbağı kəndindən Bakıya köçdüyünü, ailəsi ilə birgə Binəqədi qəsəbəsində ev tikərək yaşadığını bildiriblər. Belə ki, Bakıdakı məşhur avtomobil şirkətlərindən birinin servisində texniki işçi kimi çalışan Fariz Osmanovun ciddi maddi problemi olmayıb və ətrafı onu zəhmətkeş, pul qazanan insan kimi tanıyıb. Lakin müəyyən dərəcədə içkiyə meyilli olması da diqqəti çəkirmiş.

O da bildirilib ki, F.Osmanovun ailəsində və nəsillərində bir neçə nəfər ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Farizin kiçik qardaşı da ruhi xəstə kimi qeydiyyatdadır və xeyli müalicə prosedurları keçsə də, vəziyyəti yaxşılaşmayıb. Onun atasında da bu xəstəlik qeydə alındığından istintaqçılar hadisənin irsi xəstəlik səbəbindən daxili ruhi-psixoloji proseslərin nəticəsində baş verməsi ehtimalını da nəzərdən keçirirlər. Həmçinin 33 yaşlı şəxsin ailə münaqişəsindən sonra belə bir addım ata biləcəyi də qeyd edilib.

Qeyd edək ki, 3 azyaşlı uşaq atası olan Fariz Osmanovun cənazəsi ailəsinin yaşadığı kəndə aparılıb və ötən gün orada dəfn edilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin