Akademik Adilə Namazovanın doğum günüdür!

0
46

Akademik Adilə Namazovanın doğum günüdür!

90 yaşlı akademik: "Ananın hamiləykən saçına qoyduğu rəng də körpənin ürək  qüsuru ilə doğulmasına səbəb ola bilər" - MÜSAHİBƏ | Report.az

 

Azərbaycan xalqının qürur duyduğu  qadınlar tarixdə hər zaman olub. Onlar ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrdə fəal iştirak edib, təhsilin, mədəniyyətin, o cümlədən tibbin inkişafı üçün əllərindən gələni əsirgəməyiblər.

Adilə Namazova da intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim, yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi olan qadındır…

“Deyirlər ki, zəhmət insanın cövhəridir. İnsan gərək hər zaman zəhmətkeş olsun, çalışsın xeyir versin. Əgər insan uzun müddət və faydalı yaşamaq istəyirsə, xeyirxah olmalı və xeyirxah işlər görməlidir. Zəhmətkeşlik və xeyirxahlıq insan üçün vacibdir.” Bu sözlərin müəllifi Azərbaycan Tibb elminin mənəvi anası hesab edilən Adilə Namazovadır. Adilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində doğulub. Orta təhsilini Ağdamda alıb, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1970-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun Klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi alıb. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib. Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür. 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir. Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. Azərbaycanın ilk qadın pediatr alimi sayılır. 400 elmi əsərin, 20 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. Azərbaycanın “Şərəf”, “Şöhrət” ordenləri, “Səhiyyə əlaçısı” nişanı ilə təltif edilib. Əməkdar elm xadimi, Mustafa Topçubaşov mükafatı laureatıdır. Akademik Adilə Namazova Heydər Əliyev ilə görüşünü belə təsvir edir: “1971-ci ildə teleqram aldım ki, məni SSRİ-i Tibb Elmləri Akademiyasına müxbir üzv seçiblər. Çox gənc idim. Azərbaycanda o zamana qədər bircə M.A.Topçubaşov akademik seçilmişdi. Mən isə ilk gənc qadın akademik idim. Bu münasibətlə Ulu Öndər şəxsən məni qəbul edib təbrik etdi, xoş sözlər söylədi və mənə daha böyük əzmlə çalışıb yeni uğurlar qazanmağı, doğma Azərbaycanımızı dünyada tanıtmağı tövsiyə etdi. Bu, bütün gənclər, həkimlər, tələbələr üçün böyük bir nümunə oldu.”

Azərbaycan Tibb elminin korifeylərindən olan akademik Adilə Namazova doğum gününü qeyd edir. Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi və “medonline.az saytı olaraq Adilə xanımı təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq. Sonda Adilə Namazovanın dilindən deyilən, kiçik bir nəsihəti vermək daha düzgün olar. “Bu dünyanın varı-dövləti, hamısı boş şeydir. İnsana həyatda ancaq hörmət, cansağlığı, xeyirxahlıq, bir də məhəbbət lazımdır.”

 

 

                                   Şamil Sabiroğlu,

          “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri,

           “medonline.az” saytının baş redaktoru.

                    Bakı, 10.09.2020.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin