Abşeron məktəblisi 700 bal TOPLAD

0
16

 

 

Bu mərhələdə I ixtisas qrupu üzrə 12 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Modern.az xəbər verir ki, onlardan 1 nəfər –Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev  imtahanın I mərhələsində 300 bal toplayıb. Beləliklə, hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Modern.az-ın məlumatına görə,  H.Abdullayev Ağsu rayonunda anadan olub. Orta təhsilə Xətai rayonu 264 nömrəli tam orta məktəbdə başlasa da, 3-cü sinifdən etibarən Xırdalan şəhəri 1 saylı məktəbdə təhsilini davam etdirib. Elə həmin məktəbdən də bu il məzun olub.  “Əlaçı” televiziya verilişinin 9-cu mövsümünün respublika çempionu, “Xəmsə” verilişinin isə iştirakçısı olub. Bundan başqa, bu il fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısıdır.

Onun ən böyük arzusu Bakı Ali Neft Məktəbinə qəbul olunmaqdır.

 

İkinci ən yüksək nəticəni 697 bal toplayan Bakı şəhəri, Binəqədi rayonu 297 saylı orta məktəbin məzunu göstərib (Həmin abituriyent imtahanın I mərhələsində 300 bal toplamışdı).

 

IV ixtisas qrupu üzrə 5 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni isə 691.4 bal toplayan Bakı şəhəri, 178 saylı orta məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticəni 691.2 bal toplayan Bakı şəhəri, 114 saylı orta məktəbin məzunu göstərib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin