Siyavuş Novruzov İSTEFA VERDİ

0
26

Milli Məclisin deputatı Siyavuş Novruzov hakim Yeni Azərbaycan Partiyasındakı (YAP) vəzifəsindən istefa verib.

Bu barədə Modern.az-a YAP-dan məlumat verilib.

 

Məlumata görə, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək, onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

 

Xatırladaq ki, Siyavuş Novruzov Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə YAP ona töhmət vermişdi.

 

Daha sonra isə deputat xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunmuşdu.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin