“Karantin qaydalarının yumşaldılması o demək deyil ki, artıq tam rahatlaşmalıyıq”

0
39

Artıq Operativ Qərərgahdan xoş xəbərlər gəlir. Bu, son dərəcə sevindiricidir. Sərt qaydaların yumşaldılmasının əsas səbəbi isə budur ki, dövlətin gördüyü sistemli işlər öz nəticəsini, bəhrəsini verir və heç şübhəsiz, vəziyyətin pozitiv yön almasında vətəndaş məsuliyyətinin, daha dəqiqi vətəndaşların öz məsuliyyəti ilə dövlətə verdiyi mənəvi dəstəyin də rolu böyükdür.

Medonline.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

O xatırladıb ki, sentyabrın 8-dən etibarən xüsusi karantin qaydalarında çox ciddi dəyişikliklər, yumşaldılmalar olacaq: “Xüsusilə də insanlarımız Bakıdan rayonlara, rayonlardan Bakıya gedib-gələ bilmədikləri üçün müəyyən narahatlıq keçirirdilər. Şükürlər olsun ki, bu problem də həllini bir neçə gün sonra tapacaq. Amma yenə də arxayın olmamalıyıq. Özümüzü, ətrafımızı, balalarımızı məlum virusdan yenə də hər vəchlə qorumalıyıq. Yəni, qaydaların yumşaldılması o demək deyil ki, artıq tam rahatlaşmalıyıq. Xeyr! Əksinə, məsuliyyətimiz daha da artmalıdır, daha da diqqətli olmalıyıq”.

Deputat əlavə edib ki, son müşahidələri onda belə bir qənaət hasil edib ki, insanlarımız olduqca nizam-intizamlıdır: “Onlar daim maska taxırlar, sosial məsafəyə diqqət edirlər. Özlərini və ətrafındakıları qoruyurlar. Keçmiş bir neçə ay ərzində, xüsusən də aprel və may aylarında həmin nizam çox təəssüf ki, yetərincə deyildi. Ona görə də qaydalarda sərtləşmə oldu. İndi isə durum tam fərqlidir. Həmin durum yaxşıya doğru dəyişib. İnsanlar daha məsuliyyətli olublar. Bu da olduqca müsbət haldır”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin