Bəzi imkansız ailələrə ərzaq yardımı çatdırılacaq!

0
109

“SAF Həyat Naminə” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Pandemiya dövründə aztəminatlı ailələrə ictimai dəstəyin göstərilməsi” adlı layihəyə start verdi.

“SAF Həyat Naminə” Gənclər İB-nin sədri Dinara Bayramlının medonline.az-a bildirdi ki,  “Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Pandemiya dövründə aztəminatlı ailələrə ictimai dəstəyin göstərilməsi” adlı layihəyə başladıq. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanır. Bildiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən  koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi dövründə 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilmişdi, insanların yaxın təmaslarını azaltmaq üçün hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Buna görə də bu layihə çərçivəsində Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə köməyə ehtiyacı olan insanlara, aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqatların paylanılması nəzərdə tutulur.”

Birliyin sədri yardım ediləcək ailələrin sayını da acıqladı-76 ailə. Ailələrə kuponlar təqdim olunacaq və onlar həmin kuponda qeyd olunan məbləğ civarında lazım olan ərzaqları əldə edə bilərlər.

Şamil Sabiroğlu,

Jurnalist, müharibə veteranı.

Bakı, 05.09.2020.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin