Gülhanə Tibb Fakültəsi və Rusiya Hərbi Tibb Akademiyasına müsabiqə elanı

0
14

Azərbaycan ilə Türkiyə  və Rusiya arasında hərbi təhsil sahəsində bağlanmış müqavilələrə əsasən, 2020/2021-ci tədris ilində Türkiyə  Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunur.

DİM-dən  verilən məlumata görə, müsabiqədə 2020-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 30 (otuz) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunacaq.

Seçim zamanı uğur qazanmış 10 (on) namizədin Gülhanə Tibb Fakültəsində, 2 (iki) namizədin isə Hərbi Tibb Akademiyasında təhsil almağa göndərilməsi planlaşdırılır.

Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 il, Hərbi Tibb Akademiyasında isə təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Seçilmiş namizədlər hərbi and içir və Azərbaycan ordusunda kursantların həqiqi hərbi xidmətinə daxil olurlar. Fakültələrdən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər sentyabr ayının 10-dək şəxsiyyəti təsdiq edən sənədin əsli ilə Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin