Ucarda BMW motosikletlə toqquşub, xəsarət alanlar var

0
18

Ucar rayonunda yol qəzası baş verib.

”Report”un məlumatına görə, hadisə Bərgüşad kəndində qeydə alınıb.

Belə ki, Anar Məhərrəm oğlu Kazımovın idarə etdiyi BMW markalı avtomobil kənd yolunda motosikletə çarpılıb. Nəticədə motosiklet yoldan çıxaraq aşıb. Hadisə zamanı motosikletin sürücüsü və sərnişini – Bərgüşad kənd sakinləri, 40 yaşlı Abdullayev Mansur Abdurahman oğlu və 16 yaşlı Bakirov Müzəffər Mütəllim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin