Qazilər Laçın şəhidlərini ziyarət etdi

0
78

Bədnam qonşularımız  tərəfindən işğal edilmiş qədim yurd yerlərimizdən biri də Laçın rayonudur. Laçın rayonunun bir sıra yaşayış məntəqələrinin, eləcə də yüksəkliklərin müdafiəsi uğrunda gedən döyüşlər zamanı Azərbaycan tərəfi də fəal iştirak edib, erməni daşnaklarına sarsıdıcı zərbələr vuraraq, düşməni geri çəkilməyə məcbur ediblər. Bu döyüşlər zamanı hərbi qulluqçularımız şəhid olub,  itkin düşüb, yaralanıb.

Avqustun 31-i Laçın rayonundan olan qazilər, veteranlar avqustun 30-u şəhid olmuş Nəsimi Aslanov və sentyabrın 2-si şəhid olmuş Vaqif Quliyev, Əflağa Həsənov, Rəmzi Novruzov, Soltan Mehdiyevin məzarlarını ziyarət ediblər. Ziyarət zamanı qazilər DİN əməkdaşları tərəfindən müşayiət olunub. Ziyarətdə ehtiyyatda olan polkovnik, “Azərbaycan bayrağı” ordenli Rəhman İsgəndərov, Mayor Etibar Həsənquliyev, Mayor Ədalət Mustafayev, Leytenant Qəşəm Ağayev, Leytenant Müşfiq Rəhimov və başqa döyüşçülər iştirak edib. Çıxışçılar öz döyüş xatirələrini bölüşdü, şəhidlərin qəhrəmanlıq salnaməsi yazdıqlarını qeyd etdilər.

İştirakçılar daha sonra Bakıda ucaldılmış “Bakı Türk Şəhidliyi” abidəsini ziyarət ediblər. Qazilər bununla həmrəylik nümayiş etdirib.

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin