“Mənim universitetim 99 yaşında” layihəsi başa çatıb

0
47

“Mənim universitetim 99 yaşında” layihəsi başa çatmışdır. Sözügedən layihə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 99-cu illiyinə həsr olunub. Layihə Bədii Yaradıcılıq və Qiraət Klubunun təşkilatçılığı və təşəbbüsü ilə həyata keçirilib. Layihədən seçilən yazıları təqdim edirik.

“Mənim universitetim 99 yaşında”
26 avqust- Azərbaycan tarixində önəmli günlərdən biri… 100 minlərlə müəllimin bitirdiyi bir universitet, başqa sözlə, isti bir ocaq… Bu cümlələr mənim oxuduğum universitetin təsviri üçün istifadə edilmiş sadə cümlələrdir. Bəli, mən Azərbaycan Dövlət Pedaqoji Universitetindən bəhs edirəm hansı ki, hazırda 18 min tələbənin təhsil aldığı universitetdən.
ADPU-nun adı gəldiyində bu ad bəziləri üçün sadəcə bir universiteti ifadə edə bilər, amma bizlər üçün ADPU-nun adı gəldikdə bu universitet çox şey ifadə edir.
“Bir universitet düşün, öyrədənlər də müəllim, öyrənənlər də”- bu cümlə mənim universitetimə aiddir. ADPU-nun ən böyük və əsas qayəsi müəllim yetişdirməkdir. O müəllim ki, şagirdlərə ədəb-ərkanı öyrətsin, o müəllim ki, ədaləti ilə şagirdlərə ədalətli olmağı öyrətsin, o müəllim ki vicdanlı olub şagirdlərinə vicdanlı olmağı öyrətsin. Şagirdlərə yaxşı insan olmağı sadəcə cümlələrlə deyil , öz hərəkətləri ilə də örnək olaraq öyrətsin. Müəllim sadəcə şagirdə elm, bilik öyrətmir, yuxarıda sadaladığım xüsusiyyətləri də aşılayır.
ADPU-nun yaranması Sovet Rusiyası dönəminə düşsə də, o zəngin adət-ənənələrini günümüzə qədər qoruyub saxlamışdır. Bu universitet yarananda Azərbaycan Pedaqoji İnstitutu adı ilə yaranmışdı. Bu ali təhsil müəssisəsi respublikamızın ən qədim və qocaman universitetlərindən biridir. ADPU-nun yaranma tarixini bilmək isə hər ADPU tələbəsinin borcudur.
1921-ci il avqust ayının 26-da vətənimizin böyük maarifpərvər oğlu, görkəmli dövlət xadimi, məşhur yazıçı Nəriman Nərimanovun imzaladığı müvafiq dekretlə Azərbaycanda ilk ali pedaqoji təhsil müəssisəsi yaradılmışdır. ADPU ölkəmizdə ilk Azərbaycan dilli universitet olmuşdur. ADPU respublikamızda yüksək ixtisaslı pedaqoji kadr hazırlığında əvəzsiz xidmətlər göstərmişdir. Bu universitetdə görkəmli yazıçılar, bəstəkarlar, dövlət xadimləri, milli qəhrəmanlar və s.təhsil almışdır. Mikayıl Müşfiq, İsmayıl Şıxlı, Zahid Xəlil və sairələr məhz bu universitetdə təhsil almışlar. Biz tələbələr fəxr edirik ki, bu cür görkəmli şəxsiyyətlərin oxuduğu universitetdə təhsil alırıq.
Rektorumuz Cəfər Cəfərovun universitetimiz yolunda verdiyi qərarlar da ADPU-muzun günü-gündən çiçəklənməsinə yol açdı. Buna misal olaraq, 2019-cu il yanvarın 31-də ADPU və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimi keçirilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, ikili diplom proqramı ilə bağlı fəaliyyətin nəticəsində təhsilin yeni mərhələyə qədəm qoyacağına inanır. Ümumilikdə bu layihə ilə həm universitet, həm tələbələr, nəticədə isə ölkəmiz qazanacaq. Rektorumuz bu dedikləri ilə bir daha sübut edir ki, onun atdığı hər bir addım tələbələrin xeyrinədir. Onun sayəsində universitetimiz günü-gündən inkişaf edəcəkdir. Bizlər isə hər daim rektorumuza güvənirik.
Mənim oxuduğum fakültə- Filologiya fakültəsidir. Bizim fakültə hər daim irəlidə olmağı bacarır. Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynovadır. Mahirə xanım tələbələri ilə yaxından maraqlanır və hər zaman bizlərlə olduğunu bildirir.
Mən qürur duyuram ki, bu cür universitetdə belə fakültədə oxuyuram. Mən hər bir tələbə adını qazanmaq istəyən abituriyentlərə heç düşünmədən ADPU-nu məsləhət görərdim. Çünki ADPU heç bir tələbənin peşman olacağı universitet deyil. Bu seçimim məni yanıltmadığı kimi heç bir tələbəni də yanıltmaz.
Bugün isə ADPU 99 yaşını qeyd edir. Ümid edirik ki, bu universitet qədimliyi ilə seçildiyi kimi uzunömürlülüyü ilə də seçilər. Daha böyük uğurlara Universitetim!
Fakültə:Filologiya
İxtisas: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Qrup:1902B
Tələbə: İbrahimli Səma

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin