Təhsil eksperti yeni tədris sistemi təklif etdi: Kompensasiya təhsili…

0
10
“3-4-5-ci siniflərdə dərslər digərlərinə nisbətən bir az tez başlaya bilər”.
medonline.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, online sistemdə keçirilən dərslər bütün şagirdlər üçün əlçatan deyil:
“Martın 3-dən etibarən keçirilməli olan bir çox dərsləri mənimsəməyən şagirdlər var. Təklifim kompensasiya təhsili proqramının işlənib hazırlanmasıdır. Təhsil Nazirliyi koronavirus dövrünə təsadüf edən mövzuların birləşdirilməsi, yığcamlaşdırılmasını əks etdirən tədris proqramı hazırlamalıdır. Kompensasiya təhsili bütöv bir dövr təhsili deyil, qismən və sürətlənmiş təhsil prosesidir. Bu prosesdə heç də tədris olunan bütün fənlər yox, zəruri akademik bilikləri formalaşdıran və növbəti sinif və pillələrdə vacib olan biliklərin verilməsini əks etdirən mövzu və paraqraflar tədris olunmalıdır. Kompensasiya təhsilinin davam etmə müddəti isə 4-6 həftə ola bilər. Hesab edirəm ki, ötən tədris ilində qənaətbəxş təhsil verilməsi imkanları məhdud olduğuna görə, şagirdlərdə geriləmə tam mümkün haldır. Ona görə də, yaxşı olardı ki, tədris ili daha tez başlasın və əvvəlki tədris ilinin təkrarı həyata keçirilsin”.
Kamran Əsədov qeyd edib ki, dərslərin hətta 15 sentyabrdan da tez başlanması mümkündür:
“Xüsusi ilə riyaziyyatın, xarici dillərin tədris edildiyi 3-4-5-ci siniflərdə dərslər digələrinə nisbətən bir az tez başlaya bilər”.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq martın 3-dən Azərbaycanda bütün təhsil müəssisələrində tədris prosesi dayanıb.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin