“Cəbhələr – nifrətin doğulduğu yer”

0
229

Zərdab rayonu Azərbaycan ədəbiyyatına dahi sənətkarlar bəxş edib. Bu gün həmin sənətkarların yolunu davam etdirən gənc nəsil yetişməkdədir. ADPU-nun Filologiya fakültəsinin tələbəsi, Bədii Yaradıcılıq və Qiraət Klubunun üzvü Anar Əhmədli sözügedən rayonun istedadlı, gənc şairidir. medonline.az  Anar Əhmədlinin yeni şeirlərini oxucularına təqdim edir.

Təbaşir kimi

Gözəllərə yaraşmayan,
Çox böyük təqsir kimiyəm.
Həyatımda çox şey çatmır,
Yarımçıq təsvir kimiyəm.

Möhlət vermir qəddar zaman,
Gözümdə axır okean,
Bu dünyadan cavab uman,
Naşı bir müxbir kimiyəm.

Məna gəzmişəm sirlərdə,
Solmuş güləm qəbirlərdə,
Sevilmədiyim yerlərdə,
Elə bil təhqir kimiyəm.

Boş- boş inanca inandım,
hər dəfə qəmə calandım,
Bəzənsə yalandı andım,
Allah müqəssir kimiyəm.

Bəxtim uzaqda yubanır,
Yuxulu fikrim oyanır,
Ömrüm günüm ovxalanır,
Məndə təbaşir kimiyəm.

Cəbhələr nifrətin doğulduğu yer

Döyüşü həyəcan səsi açıqlar,
Qorxu daş ürəydən məxmər düzəldib,
Məndə xəsarətdən qalan çapıqlar,
Üzümdə bir dərin səngər düzəldib.

Hər şeyə şahiddir bu dağ bu dərə,
Bizlər hirslənəndə sular daşırdı,
Sonuncu gülləsi qalan əsgərə,
Əcəl qırıcı tək yaxınlaşırdı.

Qürbətdən qəlblərə dolsada azar,
Hamını təsəlli eləyər bir səs ,
Çoxunu bu qara torpaq ovsunlar,
Ölən bu torpaqdan qıraqda ölməz.

Nakam güşələrdə qalan arzular,
Alçalar zirvədən ətəyə gələr,
Hərdənbir düşmənin gözünü bağlar
Bu yurdun tozu da köməyə gələr.

Zəfərsiz, vətəndə suda zəhərdi
Çaylar ümidlərin boğulduğu yer
Cəbhələr igidin öldüyü yerdi
Cəbhələr nifrətin doğulduğu yer.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin