Şəhid anasının müraciətinə baxan yoxdur!

0
44

Şəhidlər Azərbaycan xalqının qürur mənbəyi, and yeridir. Şəhid olan igidlərmizi hansısa bir ana əzaba qatlaşaraq dünyaya gətirib, ərsəyə yetirib. Şəhidlər daim yaddaşlarmızda qalsalar da ehtiramımızı ailələrinə göstərməklə şəhidlərə qarşı etdiyimiz hörməti göstərmiş oluruq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrini həmişə diqqət mərkəzində saxlamış, onlara qarşı ehtiram göstərilməsini tapşırmışdır. Buna baxmayaraq bəzi dövlət orqanları bu göstərişə əməl etmirlər.

Əziz oxucular, 1937 – ci il təvəllüdlü, Tarverdiyeva Gülnişan İbrahimxəlil qızı “medonline.az” saytın;n redaksiyasına müraciət etmişdir. Gülnişan xanım müraciətində bildirir ki, 2016 – ci il noyabrın 15 – də qeydiyyatda olduğu və faktiki yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov  küçəsi, ev 15, mənzil 41 ünvanında oğurluq hadisəsi baş verib. Gülnişan xanım qeyd edir ki, “hadisə baş verən gün, mən və qızım əvvəllər yaşadığımız evə getmişdik, geri qayıdanda gördük ki otağın pəncərə şüşəsi qırılıb, içəri girdik, gördük ki ev dağınıqdı və bəzi əşyalar oğurlanıb, ümumi dəyəri 5 min (beş min) manata yaxın ziyan dəyib. Gülnişan xanım dedi:

-Biz dərhal Respublika DİN-in 102 xidmətinə  müraciət etdik. Gəldilər baxış keçirtdilər, itən əşyaların siyahıısını yazıb, aktlaşdırdılar və polis bölməsindən  bildirdilər ki, oğrunu tapıb sizə məlumat verərik. O gündən bu günə heç bir məlumat yoxdur. 5 ildir ki eyni sözü deyirlər, “axtarış gedir və yaxud da deyirlər ki, müstəntiq dəyişilib işlə tanış olur hələ. Beləcə bizi yubadırlar”.

Gülnişan xanım qeyd edir ki, oğlum, Tarverdiyev Eldəniz Şəmsi oğlu 1994 – cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub. Gülnişan xanım yaşlı insan olduğu üçün səhhəti yaxşı deyil, qızının himayəsində qalır və hər dəfə də məsələ ilə bağlı Qaradağ rayon polis idarəsinə gedib-gələ bilmir. Bütün bunları nəzərə almayan Qaradağ rayon polis idarəsi, hələ də şəhid anasının müraciətinə məsuliyyətlə yanaşmır. Qeyd etdiyimiz kimi, idarədən müxtəlif bəhanələr gətirərək işi ört – basdır eləmək istəyirlər. Nə oldu ki 5 (beş) il ərzində oğrunu tapmaq mümkün olmadı? Oğrunu tapmağa 5 (beş) il vaxt gedirsə, bu necə əməliyat – axtarış tədbiridir?

2017 – ci ildə Gülnişan xanım Azərbaycan Resspublikası Prezidentinin Administrasiyasına müraciət edib, DİN-in Baş İstintaq və Tədqiqat İdarəsi işi yenidən Qaradağ rayon polis idarəsinə göndərmişdir.

Azərbaycan polisinin bir oğrunu tapa bilməməsi ağlabatan məsələ deyil. Nəyə görə tapmır, niyə tapmır bizim üçün qaranlıq məsələ olaraq qalır. Nəzərinizə bir məlumatı çatdıraq ki, polis zərərçəkən şəxsdən ilk olaraq kimdən şübhələndiyini soruşur, əgər zərərçəkən şəxs heç kimdən şübhəli deyilsə o zaman polis idarəsi işi özü aparır. Bu ailə də qeyd edir ki, biz heç kimdən şübhələnmirik və qeyd etdiyimiz kimi 5 ( beş) ildir ki edilən müraciət heç bir nəticə verməyiblər.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 – ci (Oğurluq, yəni özgənin əmlakını gizli talama) maddəsi ilə cinayət işi açılmalıdır və polis işinə məsuliyyətli yanaşaraq şəhid anasının müraciətini təmin etməlidir.

Biz, Qaradağ rayon Polis idarəsinin və Qaradağ rayon Prokurorluğunun əməkdaşlarına şəxsən öz adımızdan müraciət edirik ki, şəhid anası Gülnişan Tarverdiyevanın evindən oğurluq olunub, bu məsələyə aydınlıq gətirsinlər. Vətən uğrunda canından keçən igidlərin anası bizim hamımızın anasıdır, eyni zamanda siz polis işçilərinin. İşə biganə qalan Azərbaycan polisinin bəzi əməkdaşları bilməlidirlər ki bu gün bizim azad, müstəqil yaşamağmızın birbaşa səbəbkarları şəhid və qazilərdir. Hörmətli sistem işçiləri, Şəhidlərimizə hörmət naminə onların ailələrini həmişə önə verək, onlara sayğı göstərək.

 

 

               Şamil Sabiroğlu,

                         Aynur Fətullayeva,

                        “medonline.az” saytının xüsusi müxbirləri.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin