“Axşamüstü”

0
229

Azərbaycanın qədim diyarı olan Şamaxının alimləri, ədibləri, memarları, siyasətçiləri, bir sözlə tarixi səxsiyyətləri yüzlərlə, minlərlədir. Məhs bu tarixi şəxsiyyətlər Şamaxını, Şamaxı da onları ucaldıb. Gənc istedadlı şair Canyar Şahverdi də bu şəhərin yetirməsidir. Canyar Şahverdi Bədii Yaradıcılıq və Qiraət klubunun üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsidir. Gənc şairin yaradıcılığından kiçik şeir parçasını oxuyuculara təqdim edirik:

“Axşamüstü”

Bahar qızım, darıxma,
həyat belə quruldu,
Uşaq ikən bilmədən
ürəyimdən vuruldum,
Hər şey yoluna düşdü,
axar sular duruldu,
Bu qədər mi çətindir,
gülüm, məni sevməyin?
Bilirəm, qəribədir
hələ səni sevməyim.

Səndən aslı olmadan
birdən düşüm yadına
Buludlardan əl elə
yerdən düşüm yadına
Deyirəm, axşamüstü
hərdən düşüm yadına
Bayquşların səsinə
yarasalar hay verə
Sığışdıram sevgimi
küçənizdə bir yerə.

Birdən qapım döyülə,
gələ səsin, avazın,
Mənim böyük eşqimə
olmaya etirazın.
Heç kimə xeyri yoxdu
ibadətin, namazın
Sənə müqəddəs deyib
varlığına sevinəm,
Hara getsən mənə gəl,
çünki sənin evinəm. (Canyar Şahverdi)

medonline.az

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin