Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşdır

0
288
Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Savadlı, potensiallı gənclərin hazırlanmasında onların cəmiyyətə inteqrasiyasında sözsüz universitetlər vacib rol oynayır. Azərbaycan Dövlət Pedaqoji Universiteti öz ənənələri, kadr hazırlığı ilə seçilən, öndə gedən qədim tarixə malik ali məktəblərdən biridir. Bədii Yaradıcılıq və Qiraət Klubu olaraq start verdiyimiz “Gənc İstedadları Tanıyaq” layihəsinin ilk iştirakçısı məhz bu universitetin tələbəsi, klubumuzun üzvü Günel Ağayevadır.
Günel ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil alır. Qiraətçilik bacarığı olan, Günel hekayə yaradıcılığı ilə də məşğul olur. O,yaradıcılıqda Günel Ağa Nur adında istifadə edir.
Günel Ağa Nur şeirə sevgisinin tələbə olduğu vaxtlarda yarandığını deyir.
“Dostlarımın yanında şeir oxuduğum zaman, onlar səsimin şeirə gözəl rəng qatdığını söylədilər .Daha sonra universitet tədbirlərində fəal iştirak etdim . Artıq burada inkişaf etməyə başladım . Hər səhnəyə hazırlıq mərhələsində , yeni bir şeylər öyrənirdim . Təbii ki oxuduğum ixtisasında təsiri böyük olmuşdu. Şeirə , şeir səsləndirməyə olan marağım məni yeni bir mühitə gətirib çıxartdı. Bədii Yaradıcılıq və Qiraət Klubunun üzvü oldum. Artıq ətrafımda çoxlu sayda şeir yazan , hekayə yazan ümimiyyətlə ədəbiyyata böyük sevgisi olan çoxlu sayda gənclər vardı .Zaman tapdıqca tanıdığım gənc şairlərin şeirlərini oxuyur , onları səsləndirməyə can atırdım” .
Günel xanım şeir səsləndirmənin texnikasından danışarkən qeyd etdi ki, ifaçının məlahətli səs tonunun olması dinləyicidə ona maraq yaradır.
“Mənə görə şeir səsləndirərkən ilk öncə səsə diqqət etmək, həmçinin dinləyicinin zövqünü nəzərə almaq lazımdır . Axı dinləyici şeirdən zövq almaq , ruhunu sakitləşdirmək istəyir. Burada səsin məlahətli olmasının rolu böyükdür . Emosiyalara diqqət etmək lazımdır. Şeirin ümumi mövzusu kədərlidirsə , bu o demək deyil ki şeir başdan ayağa kədərli şəkildə səsləndirilməlidir” .
Gənc istedad sahibi hekayə yaradıcılığından danışdı.
“Hekayə yaradıcılığına universitet illərində başlamışam. Hekayələrimdə realist olmağa üstünlük verirəm. Əsasən , hazırda ictimai problemləri yazılarımda göstərirəm. Hekayə yazmaq əslində çox yaxşı bir şeydi . Bir obraz vasitəsi ilə göstərmək istədiklərini göstərirsən Hekayə oxumağa üstünlük verən gənclərin sayı azdır. Texnologiya o qədər inkişaf edib ki , insanlar indi ədəbiyyata o qədər də meyl etmirlər. Tanınmış yazıçıların kitablarını alıb oxumaq istəmirlərsə , yeni yazıçının yazılarını oxumaq istəyi çətinki insanlarda olsun ” .
Günel xanım klub üzvlərinə tənqiddən qorxmamağı, yeniliklərə can atmağı tövsiyə etdi.
“Klub üzvlərinə bildirmək istəyirəm ki, yaratmaqla bərabər, daim yeniliklər öyrənməyə can atsınlar. Tənqid etməkdən və tənqid olunmaqdan qorxmasınlar. Çünki haqlı tənqid insanı həqiqətən öyrədir. Təriflər hər zaman , hər yerdə olacaq . Əsas yaxşı tənqidlərdən qaçmasınlar ki , inkişaf edə bilsinlər Hər bir üzvünüzə uğur arzu edirəm . Müsahibəyə görə təşəkkür edirəm ” .
-Sağ olun!
Sənan İmanov
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin