Validə Əhmədovanın hayqırtısına səs verən olacaqmı?

0
459

Müasir Azərbaycan ordusunun şərəfli tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir. Heydər Əliyevin Orduya verdiyi dəyər həmişə ön sırada durub. Güclü Ordusu olan dövlətin sütunları əyilməzdir. Çox təəssüf ki, bəzi hərbi hissələrdə yaranan  özbaşınalıq böyük hal alıb. Belə hallar nəyinki ordumuzun, birbaşa dövlətimizin, dövlət başçımızın adına ləkədir. Biri var düşmən işgəncəsi, biri də var, eyni torpaqda gəzənlərin, eyni havanı udanların, eyni dildə danışanların vəhşiliyi. Bəs, Preziden Aparatın bundan xəbəri varmı? Xəbəri varsa nə üçün yenidən araşdırma aparıb, ədaləti ortaya çıxartmırlar? Azərbaycan tarixinin nadir şəxsiyyəti Heydər Əliyev Ordunun yaranması uğrunda canını qoyub, bu cana qıyanlar məsuliyyətə cəlb edilməlidir. Əvvəllər Ordumuzun hansı vəziyyətdə olduğu yaxın tarixdən bizə məlumdur. Bu dövləti, bu Ordunu ayaqda saxlayan Dahi qurucu Heydər Əliyevin şəffaf siyasətinin davamçısı cənab İlham Əliyevdir. Dövlətmizin başçısı, Prezident İlham Əliyev Ordumuza öz qayğı və diqqətini əsirgəmir. Hümanist dövlət rəhbərimiz vəzifəyə qoyduğu Ordu generallarına inanaraq onlara, dövlətin “Döyünən Ürəyi” hesab edilən Milli Ordumuzun idarəçiliyini həvalə edib. Vəzifəsindən sui – istifadə edənlər əlbəttə ki, öz fəaliyyətindədirlər. Milli Ordu dövlətin şərəfi, namusu, qeyrətidir. Bu şərəfi ləkələyən xainlərə Azərbaycan ərazisində yer olmamalıdır. Çirkin əməllərini örtbasdır etməkdən ötrü hər cür vasitəyə, hər cür yola əl atırlar. Prezidentimiz inanmalıdır ki, Vətən xaini damğası vurulan hərbiçilər, o statusa layiq şəxslər deyillər. Onlar hansısa  boynuyoğunun iyrənc siyasətinin qurbanlarıdır.

Əslində rəsmi qurumlar istintağa xələl gətirmədən bu məsələyə aydınlıq gətirməlidirlər. Qanunda istintaq sirrlərini qorunmaq hüququ var, amma, bu hadisə heç də istintaq sirri ilə bağlı deyil. Barələrində heç bir qərar çıxartmadan öldürülən hərbiçilərin meyidlərini belə yaşayış yerlərinin qəbristanlığında dəfnlərinə qadağa qoyulmuşdu. Bu qadağanın dəfnə nə aidiyyatı? Əgər şəxs və yaxud şəxslər hansısa qanuna zidd hərəkət və ya Vətənə xəyanət edibsə, cinayətini qanunla müəyyən edilənən qədər heç kimin haqqı yoxdur ki, onu və yaxın qohumlarını təhqir eləsin, bu özüdə qanunazidd hərəkətdir.

 Hüquq müdafiəçilərin dediyinə görə 100 –dən çox hərbi qulluqçu işgəncələrə məruz qalıb. Onlardan 25 nəfərə  uzunmüddətli həbs, 9 nəfəri isə öldürüblər.

Ümumili Liderimiz, Dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyuduğu müasir Azərbaycanın şərəfi sayılan, ordumuzu daxildən məhvə sürükləyən nankor şəxsiyyətlər edama məhkumdur. Bütün dünyaya bəyandır ki, Erməni tayfası Azərbaycan torpağlarını işğal edib, vəhşiliklər törədiblər. Onlar qeyri-insani davranışlara malik və müasir dünyamızın vəhşi tayfalarıdır.

2017-ci ilin may ayında bir qrup hərbi qulluqçu düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlıqda  günahlandırılıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və  Dövlət Təhlükəsizlik Xidmətinin birgə bəyanatında bildirilirdi ki, hərbçilər müxtəlif vaxtlarda  maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər. Hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilən hərbçilərdən bir neçəsi istintaq başlamadan naməlum şəxslər tərəfindən öldürülüb, digərləri isə həbs edilib. Öldürülən hərbçilərdən biri də  Elçin Mətləb oğlu Quliyevdir. Elçin Quliyev 1989-cu ildə Tərtər rayonun Qarağacı – Qapanlı kəndində anadan olub.

Əziz oxucular, bizə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin minaatan bölüyündə “Müddətdən artıq hərbi qulluqçu” kimi, sürücü vəzifəsində xidmət etmiş, mərhum Müddətdən Artıq Xidmət Edən Elçin Quliyevin anası Validə Əhmədova müraciət etmişdir. Müraciətində bildirir ki, qəsdən şərlənərək, ağır işgəncələrlə öldürülən Elçin Quliyev, vətənə, torpağına bağlı bir insan idi, “Müddətdən artıq” xidmət etməsi də vətənə olan sevgisindən irəli gəlmişdir. Elçin Quliyev, hərbi hissədə yemək maşını idarə etməyə başlayıb və maşın nasaz olduğunda, öz şəxsi hesabından 3000 (üç min) manat xərc çəkib. Bu maşını Elçinə verəndə demişdilər ki, maşının təmirinə də köməklik edərik, lakin, yalnız 1(bir) ay 50 (əlli) manat ödəmişlər.

Elçin Quliyev 2016-cı ilin mart ayında bu avtomobili təhvil verərək ,“MAZ”markalı avtomobili qəbul etmiş və qısamüddətli məzuniyyətə çıxmışdır. 2016-ci il aprel ayında ön cəbhədə baş vermiş döyüşlə əlaqədar, qısamüddətli məzuniyyətini yarımçıq saxlayaraq hərbi hissəyə geri qayıdır. Məzuniyyətə gedənə kimi Gəncə ilə Hüləbətli meşəsi arasında hərbi yük daşıyıb. 2017-ci ilin 30 aprel tarixində  Komandirin xahişi ilə Sudaşıyan avtomobilinə sürücü təyin olunur. Komandirin dediyinə görə Sudaşıyan avtomobilin əvvəlki sürüçüsü işdə məsuliyyətsiz olduğu üçün işdən xaric edilmişdir. Elçin öz işində son dərəcə məsuliyyətli olduğu üçün bu işi ona həvalə ediblər. Avtomobili Elçinə həvalə edən Komandir, maşını həmişə saz vəziyyətdə saxlamasını tapşırmış, Elçin Quliyev də avtomobilin nasaz olduğunu görüb, mayın 3-də avtomobili təmir etmək üçün əmisi  gilə gətirir və həmin gün saat 15:00 radələrində Elçinə qəfil zəng   gəlir, zəng edən şəxslər Elçinin hərbiçi tanışları olub. Onlar Elçindən xahiş ediblər ki, bələdçilik etməklə köməklik göstərsin. Elçin elə ev paltarında evdən çıxır və bir də geri qayıtmır.  Ailəsi, Elçinin gəlməməsindən narahat deyildi, çünki, onlar Elçinə inanırdılar, bilirdilər ki, o heç vaxt əyri işlər çevirən insan deyil. Validə Əhmədovanın dediyinə  görə oğlu Elçin, həyatda onun ən yaxın sirdaşı olub, vətəninə canını fəda etməyə belə hər zaman hazır olan bir Azərbaycan oğlu necə öz torpağını erməniyə sata bilər, o, necə Vətən xaini ola bilər?

Nəzərinizə bir faktı da çatdıraq ki, düşmənə hərbi sirrlərini ötürməkdə ittiham olunan Elçin Quliyev, Sudaşıyan maşınını idarə edən sürücü idi,o nə səngərə, nə də posta gedib.

Validə Əhmədova 90-92-ci illər müharibəsində düşmənin qarşısını yaba,lapatka ilə alan mərd qadınlardan olub, onun tərbiyə etdiyi, boya – başa çatdırdığı övlad Vətənə xain ola bilməzdi, Elçinin düşmənə işləməsi ağılabatan bir məsələ deyil.

Biz, xarici düşməndən qorunduğumuz halda, daxili düşməndən xəbərsiz idik. Əsl vətən xaini içimizdə, həm də ordumuzun içində. Elçin Quliyev kimi bir qrup hərbiçiləri köhnə hərbi qərargaha apararaq, orada onlara olmazın işgəncələrini veriblər. Validə xanımın dediyinə görə, işgəncələrə məruz qalan hərbiçilərin siyahısı əvvəlcədən hazır edilmiş və onları bir – bir müxtəlif bəhanələrlə oğurlayaraq, onlara insanlığa sığmayan əzablar yaşadıblar. Validə xanım qeyd edir ki o işgəncələrə məruz qalan və hazırda həyatda olan hərbiçilər deyirlər ki, orda saxlanılan əsgərlərin dişlərini paslı kəlbətinlə çəkir, butulkaya otuzdurur, klyonka yandırıb üstünə tökürlər. Buna bənzər digər işgəncələri verirdilər. Səbəb olaraq Validə əhmədova deyir ki,tutulan hərbiçilərin qarşısında “3” (üç) şərt qoyublar; 1) Ya erməniyə işləməyi boynuna almalısan 2) Ya hərbiçi yoldaşlarının üzünə durmalısan 3)Ya da işgəncə ilə ölməlisən. Axı niyə?

Validə Əhmədovanın dedikləri həqiqəti əks etdirirsə, onda əsl vətən xainləri azadlıqdadır. Nə qədər səngər düşməni, sərhəd düşmənindən güclü olsa, Azərbaycan ordusu çox Polad Həşimov kimi generalları, Anar Novruzov kimi mayorları, və digər hərbi qulluqçularını itirəcək. Daxilimizdəki düşmən xarici düşməndən daha namərddir, hansı ki, ürəyi istədiyi qərarı qəbul edir.

Səsinə səs verilməyən Validə ana.

Oğlunun günahsız olduğuna bütün varlığı ilə əmin olan  xanım Əhmədova vurğulayır ki, Elçin Quliyev Vətən xaini deyil, vətən övladıd.Vətənin dar günündə məzuniyyətini yarıda qoyub, harayına qaçdı, belə oğul sirr satarmı? Ana fəryadı, ana iniltisi illərdir ki, Elçin üçün susmur. Oğlu Elçinin günahsızlığını sübut etmək Validə ananın analıq haqqıdır. Elçin deyəndə nalə – fəryadı ərşə qalxan ana deyir ki, mən ona yanıram nəyə görə 30 illik zəhmətimi., əziyyətlə oğul deyə böyütdüyümü, vətənə əmanət etdiyim Elçini  işgəncə ilə öldürsünlər? O, günahkar idisə günahını sübut edib, bütün xalq qarşısında öldürəydilər, heç bir səbəb demədən meydi təhvil verdilər. Elçin Quliyevə bəraət verilməsi üçün qalmayan dövlət orqanlarını gəzib, həmin orqanlardan da bilidiriblər ki bu bizim səlahiyyətmiz xaricindədi. İki dəfə Elçin Quliyevə “ Şəhid “ statusu verilməsi haqda qərar verilsə də, amma, həyata keçrilməyib. Validə Əhmədovanın sözlərinə görə, müraciət etdiyi orqaqnlardan ona ev, pul, maşın təklifini veriblər. Bütün bunlarda imtina edib, ona görə imtina edib ki, onu yalnız bir məqsəd maraqlandırır, Elçin Quliyevə bəraət verilsin.

Elçin Quliyev işində  məsuliyyətli olduğu üçün aldığı təşəkkürnamələr, haqqında qəbul edilən Vətən xaini statusunu inkar olunan əsaslardan biridir. Anası Validə Əhmədova deyir, oğlum hər təşəkkürnamə alanda çox sevinirdi, beş dəfə aldığı təşəkkürnamələrə görə süfrə açmışdıq, nümunəvi hərbiçi olub, ordu sıralarında xidmət etməkdən ötrü həmişə çalışırdı ki, onun adına töhmət gəlməsin.

Vətənə xəyanətdə ittiham olunan hərbiçilərin valideyinləri Preziden Aparatının qarşısında dəfələrlə etiraz keçirdiblər, onların hayqırtılarına baxan yoxdur. Nəyə görə onlar Prezidentinin qəbuluna düşə bilmirlər? axı onlar da bu dövlətin bir vətandaşlarıdır, onların da haqsızlığa etiraz etmə hüquqları var. Var gücləri hesabına həmin vətəndaşları susdurmaq üçün əl atmadıqları yol qalmayıb, özləri yaxşı bilirlər ki, həmin hərbiçilər haqq – ədalətlə bəraət qazansalar, onların bu ölkədə qalma faizləri sıfıra enəcək. Hərbiçiləri Vətənə xəyanətdə ittiham eləmək görün nə böyük rusvayçlıqdır. Böyük  ehtimal ki bu damğanı hərbiçilərə vuranlar təkcə hərbiçilərin nüfuzunu ləkələmədilər, birbaşa Azərbaycanın şərəfini alçatmağa nail oldular.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin