“Leş Tofiq ”ləqəbli Alıbəy Rzaxanovun azadlıqda gəzməsi düzgündürmü?

0
75

Ölkədə istehlakçıların sağlamlığının qorunması üçün  qida təhlükəsizliyi sahəsində  nəzarət sistemi gücləndirilməlidir. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti, “Azərbaycan qida təhlükəsizliyi sisteminin təkminləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında “ 2017 – ci il 10 fevral tarixli Fərman imzalamışdır.Beləliklə də qidalarda yaranan xəstəliklər, baş verən zəhərlənmə halları əhalinin sağlamlığına, rifahına və sair sahələrə ciddi ziyan vurur. Heyvan ətinin satışı zamanı gigiyena qaydalarına ciddi riayət edilməlidir. Bu sahədə hər hansı bir səhvə yol verilərsə, insan həyatı üçün böyük təhlükə yaranar.

İnsan orqanizmini təmin edən lazimi qidalardan ən önəmlisi ət və ət məhsullarıdır. Azərbaycan  qida sektorunda  ət məhsullarına təlabat çox olduğundan ilin hər fəslində istifadə olunur. Fikrimizdə bir sual yaranır: aldığımız ət məsulları həqiqətənmi gigiyenik qaydalara əməl edilərək kəsilərək satışa buraxılır?

 Ölkə ərazisində xeyli sayda ətkəsimi məntəqələri fəaliyyət göstərir, həmin məntəqələrin bir hissəsi gigiyena qaydalarına əməl etsələr də, çox təəssüf ki, bir çox ətkəsimi məntəqələrin əmək  buna riayət etmirlər. Nəinki buna riayət etmirlər, eyni zamanda mənşəyi məlum olmayan yararsız heyvan ətlərinin satışına da şərait yaradırlar. Azərbaycan Respublikasının ərazisində bir neçə ətkəsimi məntəqəsinin fəaliyyətinə son qoyulub, səbəb isə ölmüş heyvan leşlərinin satışa çıxarılmasıdır. Görülən tədbirlərə baxmayaraq bəzi dələduzlar dəstə halında birləşərək öz fəaliyyətini davam etdirirlər.

medonline.az xəbər verir ki, 2019 – cu ilin sentyabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi  istifadəyə yararsız ölmüş iribuynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması və emalı işi ilə məşğul olan 8 (səkkiz) nəfəri saxlayıb. Əməliyyat, Daxili İşlər Nazirliyinin və Qida Təhlükəsizlik Agentliyinin  birgə tədbiri ilə həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri zamanı rəsmi ətkəsimi məntəqəsi adı ilə “pərdələnən” Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhərinin Nərimanov rayonu ərazisində fəaliyyət göstərən yararsız heyvan leşlərinin satışı ilə məşğul olan məntəqə aşkarlanıb. Baxış zamanı gizli saxlanc yerlərində  sex və anbarlarda 40 (qırx) tona yaxın (???) insan həyatına təhlükəli  ölmüş mal və at əti aşkar edilmişdir. Faktla bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində cinayət işi açılıb. Mütəşəkkil cinayət şəbəkəsinə daxil olan 8(səkkiz) nəfər məsuliyyətə cəlb edilib. Cinayətkar dəstəyə başçılıq edən şəxs Leş Tofiq ləqəbi ilə tanınan əvvəllər məhkum olunmuş Alıbəy Rzaxanovdur.

Təqsirləndirilən şəxslərə AR Cinayət Məcəlləsinin 178.2.1 – ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) maddəsi ilə ittiham elan edilib.

2019 –cu ildə həbs edilən (cinayətkar) Alıbəy Rzaxanov (Leş Tofiq) hazırda azadlıqda gəzir. Görəsən, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsini rəhbər tutaraq bu şəxsi azadlığa buraxıb? Halbuki, dələduzluq cinayətləri aldatma və etibardan sui – istifadə etmə deməkdir.

Müasir  Azərbaycan Respublikasının banisi Azərbaycanın nadir şəxsiyyətlərdən biri, Ümumililider Heydər Əliyevdir. Onun uzaqgörənliyi  və şəffaf siyasətinin nəticəsidir ki, dövlətimiz öz sosial-iqtisadi və mədəni axarı ilə inkişaf etməkdə olan ölkələr sırasındadır. Bu şəffaf siyasətin davamçısı hörmətli Dövlət Başçımız cənab İlham Əliyevdir. Ölkə başçımız Azərbaycan xalqının hər tərəfli qayğısına qalır. Ən əsası da hörmətli Prezidentimiz əhalinin gündəlik qida tələbatına və qida təlabatının  sanitar-gigiyenasına görə ciddi tapşırıqlar vermişdir. Şadlıq saraylarında, eləcə də kafe və restoranlarda baş vermiş qida zəhərlənmələri onu göstərir ki, bəzi dələduz işbazlar cənab Prezidentimizin göstərişlərinə əməl etməyiblər. Bu, həm Azərbaycan xalqına, həm də Dövlət Başçımıza qarşı qatı cinayətdir..

“Leş Tofiq”ə hansı əsaslarla yararsız ətlərə görə sertifikat verilib? Məlumdur ki cinayətkar dəstə yaxşı yerləri Qida Təhlükəsizlik  Agentliyin əməkdaşlarına göstərərək serifikat alıblar. Görünür, cinayətkar dəstə öz cinayətini digər məntəqələrdə davam etdirmiş və qurumun işçiləri həmin məntəqələrə baxış keçirə bilməmişlər. Biz bilirik ki leş ətlər müəyyən xəstəliklərə tutulmuş və ölmuş (və ya öldürülmüş) heyvanların ətidir, bunu da camaata satanlar ciddi məsuliyyət daşımalıdırlar. Qeyd etdiyimiz kimi  Leş Tofiq ləqəbli Alıbəy Rzaxanov, azadlıqdadır  və hazırda leş fəaliyyətini davam etdirir.

Belə şəxslər azadlıqda gəzdikcə əhalinin sağlamlığı təhlükə altına düşür. Dələduzluğun pik həddidir ki camaata leş ət yedizdirlər. Bu dələduzlara ciddi cəza verilməlidir. Azadlıqda gəzmək onların haqqı deyil, Alıbəy Rzaxanov 1 (bir) il azadlıqdan məhrum edilsə də,  məhkumluğunu başa vurmamış azadlıqda gəzir. Aidiyəti qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdır, camaatın həyatını bilə-bilə ölümlə üz-üzə qoymaq cinayətdir. Leş Tofiq leş ətləri hansı obyektlərə satıb bu haqda heç bir qurum açıqlama vermir, əslində istehlakçıların bundan xəbəri olmalıdır ki, həmin obyektlərdən ət məhsulları almasınlar. Həmin leş ətləri əhaliyə çox baha qiymətə satan obyektlər də olub. Qazanan leş mafyası, ziyanını isə istehlakçılar çəkir. İnsanlarla bunların nə qərəzliyi var, bilmirik. Pul qazanmaqdan ötrü günahsız kütləyə iyrənc ətləri böyük qiymətə verən leşçilərin fəaliyyətinə dur deyən olacaqmı?

AR Cinayət Məcəlləsinin 178.2.1 maddəsi ilə təqsirləndirilən şəxslərə 3 ildən 7 ilədək həbs cəzası düşür. Əvvəllər məhkum olunduğunu nəzərə alaraq, ən azından Alıbəy Rzaxanov 3-4 il azadlıqdan məhrum edilməli idi, lakin, bunları nəzərə almadan cinayətkar dəstənin lideri Leş Tofiq, cəzasını çəkmədən azadlığa buraxılıb. Çox güman ki, A.Rzaxanovun yuxarı qurumlarda arxalandığı şəxslər var və onlara müxtəlif yollarla bəraət verərək məhkumluqdan xilas ediblər. Onlar şəxsi istəklərinə çata bilərlər, bəs əhali leş ət yeməyə məhkum olunmalıdır? Niyə bu cür cinayətkarlara sərbəstlik verilir? Nə üçün kütləvi zəhərlənməyə şərait yaradırlar? Azərbaycan xalqının qənimi kimlərdir ki, qanunun və aidiyyəti orqanların rəhbərlərinin onlara gücü çatmır? İnsafınız olsun, bəsdirin, camaata ölmüş mal və at əti yedirtdiniz. Çıxartmayın Alıbəy kimi cinayətkarları həbsxanadan.

 Şamil Sabiroğlu,

Aynur Fətullayeva,

Dilbər Sultanova,

“medonline.az” saytının xüsusi müxbirləri.

Bakı şəhəri, 10.08.2020.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin