Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. Qarabağ müharibəsi zamanı könüllü şəkildə xalqını, millətini qoruyan şəxslərdən biri də Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun rəhbəri Ədalət Məhərrəmovdur. Avqustun 12-i Ədalət müəllim övladlarının yeni yaşını qeyd edir. Onun övladlarından Asif Milli Qəhrəman Fred(Asif)in adını, digər övladı Yusif Ədalət müəllimin atasının adını daşıyır. Son beşiyi isə Nuraydır. Onlar müxtəlif illərdə dünyaya göz açsalar da doğum günləri eyni günə təsadüf edir.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi və“medonline.az” saytı olaraq Ədalət müəllimin övladlarını yeni yaşı münasibət ilə təbrik edir, onlara uzun ömür can sağlığı arzulayırıq.
Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri və
“medonline.az” saytının baş redaktoru