Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə saflıq və mehribanlıq gətirir. Qurban bayramı Azərbaycanda da təntənəli şəkildə qeyd olunur.
Azərbaycan Respublikası Heydər Əliyev Fondu, hər il olduğu kimi 2020-ci ildə də Qurban bayramı sovqatlarını aztəminatlı ailələrdən əsirgəmədi. Qeyd edək ki, sosial – iqtisadi inkişafa dəstək verən Heydər Əliyev Fondu, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olanları daim diqqət mərkəzində saxlayır, onları təkcə Qurban bayramında deyil, digər bayramlarda da bayram sovqatları ilə sevindirir.
Heydər Əliyev Fondu Qurban bayramı münasibəti ilə ölkənin bir çox şəhər və rayonlarında xeyriyyə tədbirləri keçirmişdir. Fondun əməkdaşları şəhid ailələri, müharibə əlil və veteranları, həmçinin, aztəminatlı ailələrlə görüşüb, onlara bayram payı təqdim etmişlər. Sakinlər Qurban bayramında onları yaddan çıxarmayan Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevaya səmimi qəlbdən minnətdarlıq etmiş, onun xeyrixahlığını heç zaman unutmayacaqlarını və həmişə ehtiramla anacaqlarını vurğulamışlar.
Fond, mübarək Qurban bayramı ərəfəsində Respublikamızın xaricində yaşayan soydaşlarımızı da diqqətdən kənarda saxlamadı. Azərbaycanın diaspor fəallarından olan Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycanlıların Milli – Mədəni Müxtariyyəti Təşkilatının məsul şəxslərindən olan Əli Kazımovun dediyinə görə, Moskova vilayətinin bir çox rayonlarında, eyni zamanda Oçaqovo – Matveyevski rayonunda Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin birgə təşəbbüsü ilə aztəminatlı ailələrə Qurban payı təqdim edilmişdir.
Əziz bayramlardan biri olan Qurban bayramını keçirmək, Allaha öz məhəbbətini, sevgisni, mehribanlığını, əməllərini, təmiz əqidəsini göstərənlərdən biri də Rusiyada fəaliyyət göstərən “Risaliyyət”uşaq müsəlman məktəbinin müdri ruhani Ənas Məmmədovdur.Ənas müəllim də müsəlmanlara Qurban payının verilməsində köməklik göstərmişdir.
Allah kəsilən qurbanları qəbul etsin!
Şamil Sabiroğlu,
Aynur Fətullayeva,
“medonline.az” saytının xüsusi müxbirləri.
03.08.2020.