Qurban bayramı günü bəzi imkansız ailələri sevindirdilər

0
36

İslam dünyasının müqəddəs bayramlarından bir də Qurban Bayramıdır. Bu bayram müsəlmanlar arasında nə vaxtdan bayram kimi qeyd olunur? Qurban Bayramı haqqında Qurani-Kərimdən ayə gəlib. Həmin ayədə qeyd olunub: Allah-Təala öz Rəsulu İbrahim Peyğəmbərə Vəhylə oğlu İsmayılın qurban kəsilməsini buyurdu.

 Allahın Peyğəmbəri Rəbbinin buyruğundan çıxa bilməzdi. İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsmək istədiyi anda, Allah- Təala qeybdən İsmayılın yerinə qurban olaraq ağ qoç göndərdi. O gündən bütün nüsəlmanlar İsmayıl Peyğəmbərin qurbanını kəsib, fəqir-füqəralara paylayırlar.

Hər il müsəlman dünyasının imkanlı və səxavətli şəxsləri tərəfindən  qurbanlar kəsilir, kasıblar sevindirilir. 2020-ci ildə də bir çox xeyrixah insanlar bu missyanı ləyaqətlə yerinə yetirdilər. Həmin şəxslərdən biri də Leyla Şəmşi qızı Əhmədovadır. Fəqirlərə əl tutmaq, qurban kəsmək, ehtiyacı olanları sevindirmək Leyla xanımın həyat tərzinin bir hissəsidir.

Leyla Əhmədova, Rusiyanın Rostov vilayətinin Aksay rayonunda yaşayan sahibkardır. O, qazandıqlarının böyük bir hissəsini xeyriyyə işlərinə sərf eləməyi özünə şərəf bilir. 2020-ci ilin Qurban Bayramı ilə əlaqədar, Leyla Əhmədova  70 -ə yaxın ailəyə qurban payı vermişdir. Leyla xanıma bu xeyrixah missyanı yerinə yetirməkdə Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan, Mais İkram oğlu Eyyübov, Şəmkir rayonunun Qaracəmirli kəndindən, Kamran Qəhrəmanov, Etibar Xanbatov, Rasət Nəbiyev, Seymur Xanızadə və Rövşən Bədəlov kimi xeyrixah insanlar  dəstək olmuşdur.

Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma”İctimai Birliyinin Hümanitar Məsələlər şöbəsinin müdiri Kifayət Nurəddin qızı Bayramova da xeyirxah əməlləri ilə seçilən şəxslərdən biridir. Xanım Kifayət Bayramova ətrafına topladığı xeyirxah insanlarla birgə  400-dən çox ailəyə qurban payı təqdim etmişdir.

Rusiyanın Moskva vilayətinin Qərb İnzibati Dairəsi – Oçaqovo – Matveyevski rayonunda fəaliyyət göstərən Azərbaycanlıların Milli – Mədəni Müxtariyyəti Təşkilatı da Qurban bayramına öz töhvəsini verdi. Azərbaycanın diaspor fəallarından olan şöbə sədri Əli Əli oğlu Kazımovun dediyinə görə, onlar rayon ərazisində yaşayan 500 –dən (beş yüz) çox imkansız insanı ofislərinə dəvət etmiş, onlara Azərbaycan – Rusiya əlaqələri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişlər.

Tədbirin sonunda Əli Kazımovun rəhbərliyi altında  500 ( beş yüz) cüt ayaqqabı həmin ailələrə ehsan olaraq  təqdim edilmişdir. Allah kəsilən qurbanları və verilən ehsanları qəbul eləsin. Amin.

Reportajı  hazırlayanlar:

Şamil Sabiroğlu,

Aynur Fətullayeva,

Arzuman Ağayev,

Fərahim Xəlilov,

Rafiq Hüseynzadə.

01.08.2020.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin